Əsas Səhifə > Güney Press > "Ermənistan istədiyimiz dəyişikliyi etmədən sülhə imza atsaq,

"Ermənistan istədiyimiz dəyişikliyi etmədən sülhə imza atsaq,


Bu gün, 19:10
"Ermənistan istədiyimiz dəyişikliyi etmədən sülhə imza atsaq,
Ermənistan Konstitusiya Məhkəməsi Azərbaycan və Ermənistan arasında sərhədin demarkasiyası üzrə iki ölkənin komissiyalarının iş prinsiplərini tənzimləyən birgə reqlamenti Konstitusiyaya uyğun olaraq tanıyıb. Konstitusiya Məhkəməsinin bəyanatında deyilir: “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında Dövlət Sərhədinin Demarkasiyası və Sərhəd Təhlükəsizliyi Komissiyası ilə Azərbaycan Respublikası arasında Dövlət Sərhədinin Demarkasiyası üzrə Dövlət Komissiyasının birgə fəaliyyəti haqqında Əsasnamə”də müəyyən edilmiş öhdəliklər, 30 avqust 2024-cü ildə imzalanmış Azərbaycan və Ermənistan Respublikası Konstitusiyasına uyğundur”…
Xatırladaq ki, 2021-ci ilin noyabrında Soçidə Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə Azərbaycanla Ermənistan arasında sərhədin müəyyən edilməsi üzrə komissiyanın yaradılması razılaşdırılıb. 2023-cü il noyabrın 30-da Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Qazax-İcvan bölgəsində keçirilən iclasda Azərbaycan və Ermənistanın sərhəd demarkasiyası komissiyaları mövqe barədə razılığa gəliblər. Ermənistan hökuməti sentyabrın 5-də bu qətnaməni təsdiqləyib və sonra Konstitusiya Məhkəməsinə göndərib.

Politoloq Samir Hümbətov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, “Ermənistan konstitusiya məhkəməsinin belə qərar verməsi, Paşinyanın arzuladığı formada qərarın çıxarılmaması əslində Ermənistanda hakimiyyətdə yekdilliyin olmamasından xəbər verir. Bu səbəbdən də, Azərbaycan ondan tələb edir ki, konstitusiyada mütləq şəkildə dəyişiklik edilməlidir. Çünki dəyişiklik edilmədiyi halda bu prosesin daha ağır nəticələr vermə ehtimalı getdikcə artır. Yəni Ermənistanın bu qədər etdiyi təxribatlara rəğmən Azərbaycan necə etibar edib, sülh müqaviləsi imzalaya bilər? Sonra baş verə biləcək müharibədə artıq beynəlxalq güclər Ermənistanı yox, Azərbaycanı qınamağa başlasın. Bu səbəbdən verilən qərarlar vaxtında ölçülüb-biçilməli, atılan addımlar dəqiqliklə hesablanmalıdır. Çünki Ermənistanın gözə kül üfürmək kimi bir siyasəti də var və biz bunu yaxşı bilirik. O siyasəti həyata keçirməsindənsə, onun tərəfinə düşməkdənsə, başdan konstitusiya dəyişikliyinin həyata keçirilməsini tələb etməliyik. Əks təqdirdə bütün imkanlardan biz onlara qarşı istifadə etməliyik”-deyən politoloq hesab edir ki, Ermənistan Azərbaycana başqa seçim haqqı tanımır.

“Bu problem gələcəkdə daha böyük münaqişəyə səbəb ola bilər. Ona görə də, işi vaxtında həll etmək daha doğru ola bilər”-deyə politoloq bildirib.

Geri qayıt