Əsas Səhifə > Güney Press > Ermənistanın ədliyyə naziri niyə istefa verib?

Ermənistanın ədliyyə naziri niyə istefa verib?


Bu gün, 15:36
Ermənistanın ədliyyə naziri niyə istefa verib?
Ermənistanda bu gün istefa verən ədliyyə naziri Qriqor Minasyanla hakim fraksiya arasında uzun müddətdir ki, fikir ayrılıqları olub.

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu hakim "Mülki Müqavilə" fraksiyasından deputat Arpi Davoyan deyib.

Onun sözlərinə görə, iqtidar partiyası Ermənistanın yeni ədliyyə naziri vəzifəsinə onların komandasından birinin gəlməsini istəyir.

Əvvəllər Qriqor Minasyanın nazir vəzifəsindən uzaqlaşdırılması üçün imza toplanması təşəbbüskarlarından biri olmuş Davoyan jurnalistlərə açıqlamasında Minasyanla ciddi fikir ayrılıqlarının olduğunu bildirib. Deputat bunun "uzun hekayə" olduğunu, indi təfərrüatları açıqlamağın yersiz olduğunu deyərək təfərrüatlara varmayıb.

O bildirib ki, fikir ayrılıqları və narahatlıqlar dünən və ya bu gün yaranmayıb.

Oktyabrın 1-də Ermənistanın ədliyyə naziri Qriqor Minasyan istefa ərizəsini baş nazirə təqdim edib və bu barədə sosial şəbəkələrdə məlumat yayıb. Ermənistan mətbuatının yazdığına görə, hakim fraksiya Minasyanın Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın kürəkəni, Vatikandakı keçmiş səfir Mikael Minasyanın qardaşı olduğunu nəzərə alaraq, onun əleyhinə olub.

Geri qayıt