Əsas Səhifə > Güney Press > Nəsimi rayonunda "Ahıllar günü"nə həsr olunmuş görüş keçirilib

Nəsimi rayonunda "Ahıllar günü"nə həsr olunmuş görüş keçirilib


Bu gün, 14:40
Nəsimi rayonunda "Ahıllar günü"nə həsr olunmuş görüş keçirilib
Nəsimi Rayonunda Ağsaqqallar Şurasının təşkilatçılığı ilə 1 oktyabr "Ahıllar günü"nə
həsr olunmuş görüş keçirilib. Keçirilən görüşdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul
əməkdaşları, Respublika Ağsaqallar Şurasının məsul əməkdaşları, Yeni Azərbaycan
Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Nəsimi rayon Ağsaqqallar
Şurasının sədri, professor Vaqif Şadlinski, Ağsaqqallar Şurasının üzvləri, cəmiyyət
sədrləri və rayon ictimaiyyətinin nümayəndələri iştitrak edib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləbdirilib.
Tədbiri giriş sözü ilə Nəsimi rayon Ağsaqqallar Şurasının sədri, professor Vaqif
Şadlinski çıxış edərək, dövlətin ahıllara sosial qayğısından, onların hüquqlarının
qorunması üçün görülən tədbirlərdən ətraflı danışaraq nəzərə çatdırıb ki, Ulu Öndərin
bu yöndəki siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev
tərəfindən uğurla davam etdirilir. Qeyd edib ki, Müstəqil Azərbaycanın gücü artdıqca
əhalinin bu təbəqədən olan sakinlərinin sosial problemlərinə daha böyük diqqət
göstərilir.Qeyd etdi ki, Ulu Öndərin ciddi səyləri və təşəbbüsü ilə 2001-ci il iyunun 22-də
"Ahıllara sosial xidmət haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul
olunmuşdur. Bütün bunlar bu təbəqədən olan insanlara qayğının bariz nümunəsidir.
Sonra Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva görüş
iştirakçılarını bayram münasibəti ilə təbrik edərək bildirib ki, yaşlılara, ağsaqqallara
qayğı və ehtiram göstərmək yüksək insani keyfiyyət nümunəsidir. Ona görə ahıllara,
qocalara, yaşlı insanlara hörmət və ehtiram xalqımızın uzun əsrlərdən gələn adət-
ənənəsi olmuşdur. Vurğulayıb ki, biz yaşlı nəslə ehtiramın və qayğının ali nümunəsini
Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətinin bütün mərhələlərində görmüşük. Bu
gün də Ulu öndərin siyasətini uğurla davam edən cənab Prezident İlham Əliyevin
ahıllara göstərdiyi diqqət və qayğısı gənc nəsillərə bir örnəkdir. Eyni zamanda
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva hər zaman
yaşlı insanların sağlıqlarının qayğısına qalması, onların sosial problemlərinin həllinə
daha çox diqqət edir.
Sonra Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov çıxış
edərək bildirdi ki, ahıl insanların sosial müdafiəsinin gücləndirilməsi, onların layiqli həyat
şəraitinin təmin edilməsi Azərbaycan dövlətinin daim güclənən sosial siyasətini
xarakterizə edən əsas cəhətlər sırasındadır.
Respublika Ağsaqqallar Şurasının Mətbuat katibi Rafiq Rzayev çıxış edərək, ağsaqqal
hərakatının tarixindən, respublikamızda ağsaqqallara göstərilən dövlət qayğısından
danışdı. O, ölkəmizdə həyata keçirilən inkişaf prosesi ilə bağlı ağsaqqallar tərəfindən
əhalinin, xüsusilə də gənclər arasında maarifləndirmə işinin aparılmasının zəruriliyini və
rayonun ictimai-siyasi həyatında ağsaqqalların yaxından iştirakını qeyd etdi.
Digər çıxış edən ağsaqqallar onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına
minnətdarlıqlarını bildirərək hər zaman ölkəmizin, vətənimizin, torpaqlarımızın
qorunmasında gənc nəsillərlə birgə vətən keşiyində olacağını bildirdilər.
Sonda rayon Ağsaqqallar Şurasının sədri bir qrup ağsaqqallara yubileyləri münasibətilə
diplom və hədiyyələr təqdim etdi.

Dia-az.Media

Nəsimi rayonunda "Ahıllar günü"nə həsr olunmuş görüş keçirilib
Nəsimi rayonunda "Ahıllar günü"nə həsr olunmuş görüş keçirilib
Nəsimi rayonunda "Ahıllar günü"nə həsr olunmuş görüş keçirilib
Nəsimi rayonunda "Ahıllar günü"nə həsr olunmuş görüş keçirilib

Geri qayıt