Əsas Səhifə > Güney Press > Müəllimlər Günü ilə bağlı məktəblərdə PUL YIĞILIR...

Müəllimlər Günü ilə bağlı məktəblərdə PUL YIĞILIR...


Bu gün, 12:42
Müəllimlər Günü ilə bağlı məktəblərdə PUL YIĞILIR...
5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə valideyn və şagirdlərin müəllimləri təbrik etməsi prosesinin idarə edilməsi ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yerli təhsil idarəetmə bölmələrinə və tabeli müəssiələrinə Təlimat göndərilib, müvafiq tapşırıqlar verilib.

Bu barədə Dia-az.Media-ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, valideynlər tərəfindən hər hansı maddi və qeyri - maddi nemətlərin, qiymətli əşyaların hədiyyə edilməsi, bu məqsədlə pul yığılması və sair kimi halların baş verməsi yolverilməzdir.

Geri qayıt