Əsas Səhifə > Güney Press > Qaradağda Prokurorluq işçilərinin peşə bayramına həsr olunmuş tədbir keçirildi

Qaradağda Prokurorluq işçilərinin peşə bayramına həsr olunmuş tədbir keçirildi

Bu gün, 12:27
Qaradağda Prokurorluq işçilərinin peşə bayramına həsr olunmuş tədbir keçirildi
01 oktyabr 2024-cü il tarixində 01 oktyabr – Prokurorluq işçilərinin peşə bayramına həsr olunmuş tədbir keçirildi. Bu barədə Dia-az.Media-ya verilən xəbərdə deyilir.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov,
rayon icra hakimiyyətinin əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının
rəhbərləri və rayon prokurorluğunun şəxsi heyəti iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı
Süleyman Mikayılov 01 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı münasibəti
ilə bütün prokurorluq işçilərini təbrik etdi.
Qaradağ İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Prokurorluq
orqanlarının cinayətkarlığa qarşı mübarizə aparmasından, qanunun aliliyinin, insan
hüquq və azadlıqlarının təmin olunması, ictimai təhlükəsizliyi təmin etmək kimi
məsul vəzifənin öhdəsindən uğurla gələrək, fəaliyyətinin 106 ili ərzində uzun,
tarixi və şərəfli bir yol keçdiyini vurğuladı. Prokurorluq orqanlarının müstəqil
dövlətimizə uyğun formalaşmasında xalqımızın ümummilli lideri, ulu öndər
Heydər Əliyevin müstəsna rolunun olduğunu qeyd etdi. Bu gün Hörmətli
Prezidentimiz İlham Əliyev də prokurorluq əməkdaşlarına həmişə diqqət və
qayğıkeşliklə yanaşmasından, prokurorluq əməkdaşlarının sosial problemlərinin
həll edildiyindən, şəxsi heyətin məişət şəraiti əsaslı şəkildə yaxşılaşdırılması üçün
atılan addımlardan danışmışdır.
Tədbirin sonunda Qaradağ Rayon İcra Hakimiyyəti başçısı tərəfindən bir
neçə prokurorluq əməkdaşına fəxri fərmanlar və hədiyyələr təqdim olunmuşdur.

Geri qayıt