Əsas Səhifə > Güney Press > Vahid Ələkbərovun sərvətinin dəyəri açıqlandı

Vahid Ələkbərovun sərvətinin dəyəri açıqlandı


Bu gün, 12:08
Vahid Ələkbərovun sərvətinin dəyəri açıqlandı
Rusiyanın ən zəngin iş adamlarının sərvəti bu ilin əvvəlindən bəri 31,025 milyard dollar artıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Bloomberg Milyarderlər İndeksi" məlumat yayıb.

Rusiyanın enerji şirkəti “Lukoyl”un təsisçisi olan Vahid Ələkbərovun sərvəti 2,83 milyard dollar artaraq 27,5 milyard dollara yüksəlib.

İlin əvvəlindən bəri "Eurochem" və "SUEK"in həmtəsisçisi Andrey Melniçenkonun gəliri 6,22 milyard dollar artaraq 25 milyard dollara çatıb. "Severstal"ın yaradıcısı Aleksey Mordaşovun sərvəti isə 5 milyard dollar artaraq 25,9 milyard dollar olub.

Eyni zamanda, "NLMK"nın direktorlar şurasının sədri Vladimir Lisin sərvətini 4,27 milyard dollar artıraraq 28,2 milyard dollara çatdırıb.

Geri qayıt