Əsas Səhifə > Güney Press > İranla Ermənistan ticarət mübadiləsi haqqında saziş imzalayıb

İranla Ermənistan ticarət mübadiləsi haqqında saziş imzalayıb


Bu gün, 11:28
İranla Ermənistan ticarət mübadiləsi haqqında saziş imzalayıb
İranla Ermənistan İrəvanda Avrasiya İqtisadi İttifaqı çərçivəsində ticarət mübadiləsi haqqında saziş imzalayıb.

“Report” xəbər verir ki, məlumatı “Mehr” informasiya agentliyi yayıb.

Bildirilib ki, İranın sənaye, mədən və ticarət naziri Məhəmməd Atabek İrəvanda Ermənistanının iqtisadiyyat naziri Gevorq Papoyan ilə görüşdə iştirak edib. Tədbirdə tərəflər maliyyə və bank sektorunda maneələrin, məhdudiyyətlərin aradan qaldırılması, Ermənistanda İranın texniki və mühəndislik xidməti podratçıları üçün zəmanətlərin verilməsinin sadələşdirilməsi və bir sıra gömrük məhdudiyyətlərinin olduğunu vurğulayıblar.

Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan İranın Çabahar limanına ölkəsinin sərmayə qoyması qərarını açıqlayıb. O, həmçinin Ermənistanda İranın ticarət mərkəzinin açılmasının vacibliyini qeyd edərək, Məhəmməd Atabəyi İranda erməni biznes mərkəzinin yaradılmasında dəstək və yardım etməyə çağırıb.

Görüşün nəticəsi olaraq İran və Ermənistan arasında ticarət sazişi imzalanıb.

Avrasiya İqtisadi İttifaqının İrəvanda keçirilən toplantısında M.Atabəyi Ticarətin İnkişafı Təşkilatının rəhbəri, deputatlar, İran şirkətlərinin, təşkilatlarının və iş adamlarının yüzə yaxın nümayəndəsindən ibarət nümayəndə heyəti müşayiət edir.

2023-cü ilin dekabrında Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən sammitdə İran və Ermənistan Azad Ticarətə dair saziş imzalayıblar.

Geri qayıt