Əsas Səhifə > Güney Press > “Gümrü-Qars dəmir yolu...”

“Gümrü-Qars dəmir yolu...”


Bu gün, 11:27
 “Gümrü-Qars dəmir yolu...”
“Ermənistan tərəfi Türkiyə ilə münasibətlərinin müsbət dinamikasından məmnundur, lakin bu istiqamətdə daha çox iş görülə biləcəyinə inanır”.

“Cebheinfo.az”-nun məlumatına görə, bu barədə Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan bildirib.

Xəbər agentliyi Ermənistanın Baş naziri Nikol Paşinyanla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Nyu-Yorkda keçirilən görüşü xatırladıb:

“Biz Ermənistan-Türkiyə münasibətlərinin nizamlanmasının müsbət dinamikasından məmnunuq. Lakin hesab edirik ki, daha çox şey etmək olar, xüsusən də söhbət münasibətlərin tam tənzimlənməsi, sərhədlərin açılması və diplomatik münasibətlərin qurulmasından gedir” .

O, Ermənistan və Türkiyə liderlərinin görüşünü çox müsbət addım kimi qiymətləndirib və qeyd edib ki, hər iki ölkə liderləri bir-birilərinin mövqelərini başa düşməyə hazırdırlar.

Xarici işlər nazirinin müavini 2022-ci ilin iyulunda Vyanada üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün sərhədin açılmasına dair razılaşmanı xatırladıb.

“Biz bir daha təsdiq etdik ki, Ermənistan tərəfi buna hazırdır”.

Kostanyan gələcək əməkdaşlıq, xüsusən də Gümrü-Qars dəmir yolu əlaqəsinin bərpası ilə bağlı nikbin olduğunu bildirib. Onun fikrincə, bu, təkcə Ermənistan və Türkiyəyə deyil, bütün regiona iqtisadi fayda gətirəcək.

“Biz bilirik ki, hazırda bir çox tədarük zəncirləri bağlanıb və ya düzgün işləmir Qars-Gümrü dəmir yolu Ermənistan üçün Avropaya, Türkiyə üçün Mərkəzi Asiyaya və Çinə açılan yeni qapı ola bilər”, - deyə o əlavə edib.

O, erməni tərəfinin müxtəlif türk tərəfdaşlarına mesajını çatdırıb: “Hərəkətə keçməyin vaxtı çatıb”.

Geri qayıt