Əsas Səhifə > Güney Press > İşçi ilə bağlanmış Əmək müqaviləsi aşağıdakı yolla ləğv edilə bilər

İşçi ilə bağlanmış Əmək müqaviləsi aşağıdakı yolla ləğv edilə bilər


Bu gün, 10:19
İşçi ilə bağlanmış Əmək müqaviləsi aşağıdakı yolla ləğv edilə bilər
İşçinin: şəxsi istəyi və ərizəsi əsasında Əmək müqaviləsinin ləğvi barədə olan hüququ da bəzi hallarda - əmək mübahisələrinə səbəb olur. İşçinin bu hüququna diqqətlı yanaşılsa, Əmək Məcəlləsinin tələblərinə əməl olunsa, bu hüquqla əlaqədar əmək mübahisələrinin yaranma ehtimalı olmaz və ya çox az olar.
Əmək Məcəlləsi bu halda: İşçinin bu barədə olan hüququnu təmin etməklə yanaşı, həm də əmək müqaviləsinin ləğvi ilə əlaqədar işəgötürən və işçi arasında, tərəflərin heç birinin hüquqlarını və mənafeyini pozmadan müəyyən razılaşmaya da imkan verir.
Bu halda əsas mübahisə işçinin ərizə yazdığı gün və ya 1ay müddətində işçi ilə bağlanmış əmək müqaviləsinin ləğvi ilə əlaqədardlr. Bu halda İşçi ilə bağlanmış Əmək müqaviləsi aşağıdakı yolla ləğv edilə bilər:
1. İşçi: yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda, qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.
2.İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Bu halda 1 ay tamam olduqda işçi ilə bağlanmış əmək müqaviləsi ləğv edilməlidir. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.
3. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi 1 ay xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.
4. İşçi yazılı ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, bu halda xəbərdarlıq müddəti bitənədək bir ay müddətdə işçinin əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.
5. İşçi öz ərizəsində əmək münasibətlərini dayandırmaq üçün istədiyi günü göstəribsə, yəni, 1 aydan tez müddətində, işəgötürənin də qarşılıqlı razılığı olarsa, bu halda İşçi ilə bağlanmış əmək müqaviləsi 1 aydan da tez müddətdı ləğv edilə bilər.
6. AR-n Əmək Məcəlləsində 1 ay xəbərdarlıq müddəti o səbəbdən göstərilib ki, işçi bu halda, işəgötürən razı olmadığı halda belə,ən çoxu 1 ay müddətində öz istəyi ilə - əmək müqaviləsini ləğv edə bilsin, eyni zamanda işəgötürən də bu 1ay müddət ərzində həmin işçinin yerinə digər işçini işə qəbul edə bilsin Əgər işçi - 1 aydan da tez müddətdə əmək müqaviləsini ləğv etmək istəyirsə və bu hal işəgötürən üçün də hər hansı bir problemlər yaratmırsa, onun da qarşılıqlı razılığı varsa,bu halda, İşçi ilə bağlanmış əmək müqaviləsi ərizəsində göstərdiyi 1 aydan da tez müddət ərzində ləğv edilə bilər.
7. Qeyd olunan bu hallarda İşçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə ödənişli məzuniyyətin verilməsi, məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir.
8. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.

Azər Quliyev
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının
Eksperti - Dia-az.Media

Geri qayıt