Əsas Səhifə > Güney Press > Bu şirkət nizamnamə kapitalını yenə azaltdı

Bu şirkət nizamnamə kapitalını yenə azaltdı


Bu gün, 10:14
Bu şirkət nizamnamə kapitalını yenə azaltdı
"Elveem-Servis" Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalını növbəti dəfə kəskin azaldıb.

İqtisadiyyat.az xəbər verir ki, şirkət bu dəfə nizamnamə kapitalını 446 550 manata endirib.

"Elveem-Servis"in indiyədək nizamnamə kapitalı 1 646 550 manat idi.

Qeyd edək ki, "Elveem-Servis" MMC 2005-ci ildə yaradılıb, qanuni təmsilçisi Məhərrəmov Emil Akif oğludur. Bu ilin iyuluna qədər şirkətin nizamnamə kapitalı 3 200 020 manat olub. İyuldan etibarən isə şirkət nizamnamə kapitalını 1 646 550 manata endirmişdi

Geri qayıt