Əsas Səhifə > Güney Press, Partiya > "Bu məkanda doğru sözü danışmağa, yazmağa imkan tanımırlar..."

"Bu məkanda doğru sözü danışmağa, yazmağa imkan tanımırlar..."


Bu gün, 09:54
"Bu məkanda doğru sözü danışmağa, yazmağa imkan tanımırlar..."
Millətin hərbçilərinin əsas vəzifəsi Vətən torpaqıarının bircə qarışını belə düşmənə təslim etməməkdir. Millətin polisinin əsas vəzifəsi küçələrdə cinayətkar qrupların at oynatmasının qarşısını almaqdır. Millətin müəlliminin əsas vəzifəsi məktəbi faydalı və bilgili vətəndaş yetişdirmə mühitinə çevirməkdir. Millətin aydının əsas vəzifəsi isə düşüncə həyatını şarlatanların, qaragüruhçuların, axmaqların yönləndirməsinə imkan tanımamaqdır. Düşüncə həyatımızı qorumaq da Vətənin sərhədini qorumaq qədər müqəddəs bir işdir. Düşüncə həyatımızın həyat mənbəyi olan taxıl zəmisinə gör bir nə qədər çəyirtkə sürüsü daraşıb. Bu məkanda doğru sözü danışmağa, yazmağa imkan tanımırlar. Bir fikir yazırsan, bu adamların axmaqlığını üzə çıxarırsan, bir binamusu xarici ölkədə yaşamağın avantajına arxayın şəkildə youtubeyə çıxıb ailəsinin həzz mənbəyi olan söyüşlə hücum edir, bir başıpozuq qadın tik-toka yekə sifətini oturdub əxlaq dərsi keçir, başqa birisi də özünün axmaq obrazındakı "x" səsini xalq kimi tələffüz edib xalq adına şüvən qoparır. Bu məmləkətdə sağlam düşüncəli, hər şeyi ağlın süzgəcindən keçirərək anlamağa və anlatmağa çalışan insaların say və təsir nisbəti çoxalmadıqca, düşüncə həyatımızı bu çəyirtkə sürüsünün istəyi üzərində qurmaqdan başqa yol qalmayacaq. Qaragürühün, nadanların qarşısından qorxub qaçmaq, meydanı sosial şəbəkədə onlara buraxmaq gələcəyimiz üçün çox ağır nəticələr ortaya qoyacaq.

Fazil Mustafa - millət vəkili
Dia-az.Media

Geri qayıt