Əsas Səhifə > Güney Press > Öz hərəkət zolağı olan avtobus YOLUNDAN ÇIXARSA...

Öz hərəkət zolağı olan avtobus YOLUNDAN ÇIXARSA...


Bu gün, 07:19
Öz hərəkət zolağı olan avtobus YOLUNDAN ÇIXARSA...
Bakı şəhərinin Baş Planına əsasən, paytaxtın küçə və prospektlərində avtobus zolaqları təşkil olunub. Hazırda bu proses davam edir.

Maraqlıdır ki, bəzi hallarda ictimai nəqliyyatı idarə edən sürücülər bu zolaqlardan istifadə etmirlər, digər avtomobillər üçün nəzərdə tutulmuş yola daxil olurlar. Bu da digər avtomobil sürücülərinin narazılığına səbəb olur. Çünki digər maşınların sürücüləri avtobus zolaqlarına daxil olduqda cərimələnirlər.

Maraqlıdır, avtobuslarla digər zolaqlara daxil olduqda, onların sürücülərinə cəza tətbiq olunurmu?

TNS-in mövzu ilə bağlı sualını Bakı Şəhər DYP İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis kapitanı Toğrul Nəsirli cavablandırıb.

"Bildiyiniz kimi, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün ayrılmış zolaq yolun qalan hissəsindən 1.1 üfüqü nişanlanma xətti ilə ayrılır. Nişanlanma xəttinin pozulması isə Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən ziddir və 40 manat məbləğində cərimə nəzərdə tutulur", - deyə o bildirib.
Geri qayıt