Əsas Səhifə > Güney Press > Heydər Əsədovun səlahiyyətlərini kim icra edir?

Heydər Əsədovun səlahiyyətlərini kim icra edir?


Bu gün, 16:52
Heydər Əsədovun səlahiyyətlərini kim icra edir?
Milli Məclisin deputatı seçilən Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Heydər Əsədov bir müddət əvvəl vəzifəsindən azad edilib. Hələlik onun yerinə təyinat yoxdur. Akademiyaya kimin rəhbərlik etdiyi isə maraq doğuran mövzular arasındadır.

Modern.az mövzu ilə bağlı Azərbaycan Dövlət Dəniz Akademiyası ilə əlaqə saxlayıb.

Qurumdan bildirilib ki, hazırda rektorun səlahiyyətlərini prorektor Vüqar Sadıqov icra edir.

Qeyd edək ki, Heydər Əsədov Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilmişdi. 2 may 2024-cü ildə yenidən növbəti 5 il müddətinə rektor təyin edilib.

O, sentyabrın 1-də keçirilmiş VII çağırış Milli Məclisə seçkilərdə deputat seçilib. 23 sentyabr 2024-cü ildə 5 il tamam olmadan Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru vəzifəsindən azad edilib.

Geri qayıt