Əsas Səhifə > Güney Press > Rusiyadakı soydaşlarımız SEÇİM QARŞISINDA

Rusiyadakı soydaşlarımız SEÇİM QARŞISINDA


Bu gün, 13:02
Rusiyadakı soydaşlarımız SEÇİM QARŞISINDA
Xəbər verildiyi kimi, Rusiyada ikili vətəndaşlıq qadağan edilə bilər.

Belə ki, ictimai fəallar “Rusiya Federasiyasının vətəndaşlığı haqqında” Federal Qanunun 10-cu maddəsinin ikinci hissəsinə dəyişiklik etməyi təklif ediblər. Qanun qəbul olunacağı təqdirdə dövlət bir neçə ölkənin vətəndaşlığını daşıyanların pasportunu əlindən ala biləcək.

Dövlət Dumasının tezliklə məsələyə baxacağı bildirilib.

Bəs, belə bir qanunun qəbulu Rusiyada yaşayan soydaşlarımız üçün hansı problemləri yarada bilər?

Suala iqtisadçı ekspert Natiq Cəfərli aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, Rusiyada son zamanlar miqrantlara qarşı daha sərt siyasət yürüdülür:

“Təsadüfi deyil ki, ikili vətəndaşlığın ləğvi də gündəmə gəlib. Ancaq bu qanunun asanlıqla qəbul ediləcəyini düşünmürəm. Çünki Rusiya elitasında olanların çoxunun ailə üzvlərinin 2-3 pasportu, ikili vətəndaşlığı var. Ona görə də bu qanunun asanlıqla qəbulu ediləcəyi gözlənilən deyil.

Lakin belə bir qərar verilərsə, təbii ki, bundan Rusiyada yaşayan soydaşlarımız da ciddi ziyan görə bilər.

Məlumdur ki, uzun müddət Rusiyada yaşayan soydaşlarımızın çoxu bu ölkənin pasportunu da alıblar. Nəzərə alaq ki, Rusiyada ikili vətəndaşlıq qanunla icazəlidir. Amma Rusiya hökuməti əvvəlki qaydadan imtina etsə, çox sayda soydaşımız seçim qarşısında qalacaq. Onlar ya Rusiyanın, ya da ki, Azərbaycanın vətəndaşlığını seçmək məcburiyyətində qalacaqlar”.

Geri qayıt