Əsas Səhifə > Güney Press > Azərbaycanda 3 və 4 ulduzlu hotellərdə kəskin qiymət artımı

Azərbaycanda 3 və 4 ulduzlu hotellərdə kəskin qiymət artımı


Bu gün, 13:56
Azərbaycanda 3 və 4 ulduzlu hotellərdə kəskin qiymət artımı
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı 4 ulduzlu hotellərdə onlayn bronlaşdırma sistemi olan booking.com üzrə bir gecə qalmaq üçün orta qiymət 118,3 manat təşkil edib.
Dövlət Turizm Agentliyinin hesabatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,1 % çoxdur.
Hesabat dövründə ən yüksək qiymət 239,8 manat olmaqla Qəbələdə qeydə alınıb. Bu, 1 il əvvələ nisbətən 9,7 % azdır.
İkinci yerdə 212,6 manat olmaqla Naftalanın hotelləri qərarlaşıb. Bu, illik müqayisədə 2,4 % azdır.
4 ulduzlu hotellər arasında üçüncü yeri isə 147 manat olmaqla Qax tutub. Ötən ilin eyni dövrünə nisbətən qiymət 5,3 % artıb.

Qubada 4 ulduzlu hotellərdə bir gecə qalmaq 140,6 manata (+32,8 %), Qusarda 120,2 manata (+3,4 %), Oğuzda 120 manat (qiymət dəyişməyib), Bakıda 116 manata (+ 16 %), Şəkidə 115,4 manata (+ 8,1 % ), İsmayıllıda 113,5 manata (+5 %), Gəncədə 110,6 manata (+1,9 %), Abşeronda 110,5 manata (-9,7 %), Astarada 104,3 manata (-7,6 % ), Zakatalada 95 manata (qiymət dəyişməyib), Naxçıvanda 93,8 manata ( -20,9), Göyçayda 90 manata (ötən ilin eyni dövründə rayonda 4 ulduzlu hotel olmayıb), Lənkəranda 63,6 manata, (- 9,1 %) Şamaxıda 60 manata (ötən ilin eyni dövründə rayonda 4 ulduzlu hotel olmayıb), Sabirabadda 55 manata (qiymət dəyişməyib) başa gəlib.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı 3 ulduzlu hotellərdə onlayn bronlaşdırma sistemi olan booking.com üzrə bir gecə qalmaq üçün orta qiymət isə 83,1 manat təşkil edib. Hesabata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26,1 % çoxdur.
Hesabat dövründə ən yüksək qiymət 128,3 manat olmaqla Qubada qeydə alınıb. Bu, 1 il əvvələ nisbətən 17,7 % azdır.
İkinci yerdə 115,4 manat olmaqla Qəbələ qərarlaşıb. Bu, illik müqayisədə 70,7 % çoxdur.
3 ulduzlu hotellər arasında üçüncü yeri isə 115 manat olmaqla Şamaxı tutub. Bu rayonda ötən ilin eyni dövründə 3 ulduzlu hotel olmayıb

Naxçıvanda 3 ulduzlu hotellərdə bir gecə qalmaq 97,5 manata (+ 8,3 %), Astarada 86,3 manata (ötən ilin eyni dövründə rayonda 3 ulduzlu hotel olmayıb), Bakıda 82,6 manata (+26,4 %), İsmayıllıda 75 manata (- 15,7 %), Gəncədə 73,1 manata (+ 40,5 %), Lerikdə 70 manata (ötən ilin eyni dövründə rayonda 3 ulduzlu hotel olmayıb), Şəkidə 68,8 manata (+ 6,9 %), Qusarda 65,8 manata (- 21,6 %), Naftalanda 50 manata ( qiymət dəyişməyib), Mingəçevirdə 47 manata (- 16 %), Qaxda 45 manata (- 15,2 %) , Oğuzda 40 manata (+ 11,1 %) başa gəlib.

Geri qayıt