Əsas Səhifə > Güney Press > Rasim Məmmədovun şikayətinə

Rasim Məmmədovun şikayətinə


Bu gün, 09:20
Rasim Məmmədovun şikayətinə
“Baku Steel Conpany”nin şirkətinin həbsdə olan keçmiş rəhbəri Rasim Məmmədovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses oktyabrın 8-nə təyin edilib.

Şikayət hakim Ələsgər Novruzovun sədrliyi ilə araşdırılacaq.

O, şikayət ərizəsində barəsindəki ittihamların əsassız olduğunu, bəraət qərarının çıxarılmasını istəyib.

Qeyd: Rasim Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla həbs edilib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 185 milyon manatlıq yeyintidə təqsirli bilinib və 14 il azadlıqdan məhrum edilib. Bundan əlavə, Rasim Məmmədovun 70 milyonluq əmlakı müsadirə edilib. Bakı Apellyasiya Məhkəməsi həbs müddətini 3 ay azaldıb, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılıb. Ali Məhkəmə isə müsadirə edilən əmlaklarla bağlı şikayətləri rədd edib.

Geri qayıt