Əsas Səhifə > Güney Press > Həsən Nəsrullahın əmisi oğlu “Hizbullah”ın yeni lideri olub?

Həsən Nəsrullahın əmisi oğlu “Hizbullah”ın yeni lideri olub?


Bu gün, 09:19
Həsən Nəsrullahın əmisi oğlu “Hizbullah”ın yeni lideri olub?
Sentyabrın 27-də İsrailin Beyrutun cənub ətrafına endirdiyi zərbələr nəticəsində həlak olan təşkilatın keçmiş lideri Həsən Nəsrullahın əmisi oğlu Haşim Səfiəddinin “Hizbullah”ın yeni lideri seçildiyi iddia olunur.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.
“Hizbullah” isə Haşim Səfiəddinin Həsən Nəsrullahın yerinə seçilməsi ilə bağlı xəbərləri təkzib edib.
Açıqlamada hərəkat rəhbərliyinin yeni liderin seçilməsi ilə bağlı işlərini davam etdirdiyi qeyd olunub:
““Hizbullah” rəhbərliyindən rəsmi açıqlama verilməyincə bu istiqamətdə xəbərlərin nəzərə alınmamasını xahiş edirik”.
Qeyd edək ki, H. Səfiəddin “Hizbullah”ın ikinci komandiri sayılır. O, partiyanın icraiyyə komitəsinin rəhbəri kimi siyasi məsələlərə və daxili işlərə nəzarət edir. Səfiəddin həm də hərbi əməliyyatlara cavabdeh olan qurumun üzvüdür.

Geri qayıt