Əsas Səhifə > Güney Press > “Milli-mənəvi dəyərlərdən bəhs edən mahnıların sayı çoxdur, amma...”

“Milli-mənəvi dəyərlərdən bəhs edən mahnıların sayı çoxdur, amma...”


Bu gün, 12:09
“Milli-mənəvi dəyərlərdən bəhs edən mahnıların sayı çoxdur, amma...”
Son illər vətənpərvərlikdən, milli-mənəvi dəyərlərdən bəhs edən mahnıların sayı artıb. Bu sahədə mütəmadi iş gedir. Lakin hansı mahnılar xalqın ürəyinə yatır, hansı yox – bu, tamam başqa məsələdir”.

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Mübariz Tağıyev bildirib. Xalq artisti qeyd edib ki, məlum prosesə peşəkar bəstəkarların cəlb edilməsi daha arzuediləndir:
“Hesab edirəm ki, yeni mahnıların yazılması prosesinə peşəkar bəstəkarların cəlb edilməsi, bu məsələdə onların aktiv iştirakı daha çox arzuediləndir. Bu, ortaya daha maraqlı, daha dəyərli əsərlərin çıxmasına səbəb olar. Unutmaq olmaz ki, mahnı janrı ağır janrdır. Buna görə də, bu sahədə peşəkarların fəaliyyətinə daha çox ehtiyac duyulur.

Ümumilikdə isə qeyd etdiyim kimi, ümumilikdə vətənpərvərlik ruhundakı mahnıların sayı kifayət qədərdir və hesab edirəm ki, bu sahədə ciddi bir problem yoxdur”.
Geri qayıt