Əsas Səhifə > Güney Press > İcra başçısı “YAŞAT” Fondunun dəstəyi ilə Türkiyədə ürək əməliyyatı keçirən şəhid anası Səadət Bağırovanı evində ziyarət edib

İcra başçısı “YAŞAT” Fondunun dəstəyi ilə Türkiyədə ürək əməliyyatı keçirən şəhid anası Səadət Bağırovanı evində ziyarət edib


Bu gün, 13:09
İcra başçısı “YAŞAT” Fondunun dəstəyi ilə Türkiyədə ürək əməliyyatı keçirən şəhid anası Səadət Bağırovanı evində ziyarət edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər
Rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə “YAŞAT” Fondunun dəstəyi
ilə Türkiyənin Medicalpark Xəstəxanasında ürək əməliyyatı keçirən şəhid
Bağırlı Mirsədi Mircəfər oğlunun anası Səadət Bağırovanı evində ziyarət edib,
onu əhvalını soruşaraq səhəti ilə maraqlanıb.
İcra başçısı Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan
rəhmət, ailələrinə səbr diləyib. Qeyd edib ki, Prezident, Ali Baş Komandan
cənab İlham Əliyevin rəhbərliyi altında şanlı tarix yazan oğullarımızla,
şəhidlərimizlə, qazilərimizlə hər kəs fəxr edib, qürur duyur. Azərbaycan xalqı
və dövləti var olduqca şəhidlərimizdə qəlblərdə əbədi yaşayacaq.
Rayon rəhbəri dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci vitse-
prezident Mehriban xanım Əliyevanın hər zaman şəhid ailələrinə diqqət və
qayğı ilə yanaşdığını, dövlət başçısının hər kəsə şəhid və qazi ailələrinin
problemlərinə həssaslıqla yanaşmağı tapşırdığını bildirib.
Qeyd edək ki, Mirsədi Bağırlı 2000-ci ilin iyun ayının 12-də Tərtər şəhərində
anadan olub. O, 2020-ci ilin 17-18 avqustunda Azərbaycan–Ermənistan dövlət
sərhədinin Qazax rayonu sahəsində Babaqar dağı istiqamətində gedən hərbi
əməliyyatda savaşıb. Həmin əməliyyat nəticəsində Dövlət Sərhəd Xidmətinin
mövqelərinin 1700 metr irəliyə gəlməsinə nail olunub. Azərbaycan Ordusunun
Sərhəd Qoşunlarının kiçik giziri olan Mirsədi Bağırlı 2020-ci il sentyabrın 27-
də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan
ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması
üçün başlanan Vətən müharibəsi zamanı əvvəlcə Kəlbəcər istiqamətində,
sonra isə Hadrutun və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Mirsədi Bağırlı oktyabrın 10-da Cəbrayıl döyüşləri zamanı şəhid olub. Bərdə
rayonunun Mehdixanlı kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş
əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası
zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən
Mirsədi Bağırlı ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə
görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan
Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident
Mehriban xanım Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.

Dia-az.Media

Geri qayıt