Əsas Səhifə > Güney Press > "Türkiyə ilə bu sazişə getməsi o deməkdir ki,

"Türkiyə ilə bu sazişə getməsi o deməkdir ki,


Bu gün, 14:00
"Türkiyə ilə bu sazişə getməsi o deməkdir ki,
“Qars-İğdır-Naxçıvan-Meğri-Bakı dəmir yolunun açılması Türkiyənin iqtisadi marağındadır. Burada qeyri-adi heç nə yoxdur. Ermənistanın bu tranzitə qoşulması Azərbaycanın da iqtisadi marağındadır. Yadınıza keçmişi salın. Sovet dövründə Bakı-Meğri-Naxçıvan-İrəvan dəmir yolu Azərbaycanın mülkiyyətində olub. Əgər Ermənistan bu tranzitə həqiqətən qoşulsa, Azərbaycan itirmir. Əksinə, Naxçıvanla birbaşa əlaqələrimiz açılır. Ermənistanın Türkiyə ilə bu yolla bağlı sazişə getməsi ondan xəbər verir ki, rəsmi İrəvan hərbi ritorikadan əl çəkib, Türkiyə və Azərbaycanla ciddi logistika əlaqələri yaratmaq niyyətindədir. Türkiyənin Azərbaycana təsirindən xəbərdar olduqlarından birbaşa o ölkənin prezidentinə müraciət ediblər. Bunu gözləmək olardı”.

Ermənistan Geo-siyasət akademiyasının prezidenti, Ermənistanın Makedoniyadakı keçmiş fəxri konsulu Araik Sarkisyan “You Tube” kanalındakı çıxışında söyləyib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistan baş naziri Nikola Paşinyan Nyu-Yorkdakı “Türk evi”ndə baş tutan görüşlərində Qars-İğdır-Naxçıvan-Meğri-Bakı dəmir yolunun tikintisi ilə bağlı razılığa gəliblər. Görəsən, bu məlumat nə dərəcədə gerçəyə uyğundur? Və həmin yolun açılmasıyla iki ölkə və region nə qazanır?

Yuxarıdakı fikirlər siyasi analitik Tahir Cəfərlinin məhz bu mövzu ilə bağlı Moderator.az-a açıqlamasındandır.

“Erməni akademik Araik Sarkisyanın “yutub”dakı açıqlaması isə “açaram sandığı- tökərək pambığı” deməkdir. Çünki bu çıxışıyla o, Rusiyaya göstərmək istəyir ki, sənin arxanda gizli danışıqlar gedir. Digər tərəfdən, sadəlövh azərbaycanlıları Türkiyəyə qarşı qoymaq istəyir. Araik Sarkisyanın kimliyini öyrənsək, görərik ki, şurtvatsdır, yəni Qarabağ ermənisidir, Paşinyana düşmən olan düşərgədəndir.

Onda ortaya başqa sual çıxır: həmin informasiyanı yaymaqla bu erməni alim, diplomat hansı məqsədi güdür? Bu yolun işləməsi regiona sülh gətirsə də, Ermənistan daxilində olan antitürk qüvvələri ayağa qaldırmaq və Paşinyanı uzaqlaşdırmaqla Rusiyanın əlaltılarını hakimiyyətə gətirmək məqsədi də güdə bilər. Bundan əlavə, bu yolun İranın maraq dairəsində olmadığını nəzərə alsaq, regionda tarazlığı məharətlə saxlamış olar. Çünki İran Çin-Qazaxıstan-Azərbaycan tranzitinin işləməsini istəyir”, - deyə davamında həmsöhbətimiz bildirib.

“Ermənilərin təklif etdikləri loqistika İrana düşmən olan Qərbin yüklərini də regiona buraxır. Orada qalır Rusiya, yəni Zəngəzur dəhlizini işlətmək istəyən və sülh müqaviləsinin 10 noyabr 2020-ci il sazişi əsasında bağlanmasına çalışan ölkə. Odur ki, Azərbaycan tərəfi bütün bunları təhlil edib susur. Çünki bizə ilk növbədə Zəngəzur lazımdır. Baxarsınız, Ermənistan bu yolu məcbur olub özü açacaq. Zəngəzur dəhlizi isə bizim üçün, dərinə getsək, elə İran üçün də hər tərəfə açılan pəncərədir”, -deyə analitik vurğulayıb.

Geri qayıt