Əsas Səhifə > Güney Press > Qaradağ rayonunda “27 sentyabr – Anım Günü” ilə əlaqədar ağacəkmə aksiyası keçirildi

Qaradağ rayonunda “27 sentyabr – Anım Günü” ilə əlaqədar ağacəkmə aksiyası keçirildi

26-09-2024, 14:16
Qaradağ rayonunda “27 sentyabr – Anım Günü” ilə əlaqədar ağacəkmə aksiyası keçirildi
26 sentyabr 2024-cü il tarixində Qaradağ rayonunda Azərbaycan Respublikasının
ərazi bütövlüyü uğrunda canını qurban vermiş 27 sentyabr - Vətən müharibəsi
şəhidlərinin anım gününə ehtiram əlaməti olaraq Qaradağ Rayon İcra
Hakimiyyətinin təşkilatçılığı ilə Bakı dairəvi yolunun 6-cı kilometrliyində, “Sədərək”
Ticarət Mərkəzinin yaxınlığında ağacəkmə aksiyası keçirilmişdir. Keçirilmiş
ağacəkmə aksiyasında Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman
Mikayılov, Millət vəkilləri, Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şöbə
müdirləri, Hüquq Mühafizə orqanlarının rəhbərləri və şəhid ailələrinin üzvləri iştirak
etmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 02 dekabr 2020-ci il tarixli
Sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında “Anım Günü” kimi
qeyd edilməsi qərara alınmışdır.

Geri qayıt