Əsas Səhifə > Güney Press > COP29-a qədər sülh sazişi imzalanacaq?

COP29-a qədər sülh sazişi imzalanacaq?


26-09-2024, 14:12
COP29-a qədər sülh sazişi imzalanacaq?
Xəbər verdiyimiz kimi, Ermənistan Azərbaycanı noyabrda Bakıda keçiriləcək COP29 iqlim konfransına qədər sülh sazişinin artıq razılaşdırılmış maddələrini imzalamağa dəvət edib.
Ermənistanın baş naziri Nikol Paşinyan vurğulayıb ki, bunda məqsəd sülh prosesinin inkişafı üçün stimullaşdırıcı mühit yaratmaqdır.
Bəs, COP29-a qədər sülh müqaviləsinin imzalanması mümkündürmü?
Məsələ ilə bağlı politoloq Qabil Hüseynli Bakupost.az –a açıqlama verib.
O bildirib ki, həmin müddətə qədər sülh müqaviləsi imzalana bilər:
“Vaxt çox azdır. Xüsusən də diplomatik prosedurları hazırlayıb həyata keçirmək nə dərəcədə mümkündür, bilinmir. Amma Ermənistan tərəfi, Paşinyan aldatmasa, hiyləgərlik etməsə, bu, mümkündür”.

Geri qayıt