Əsas Səhifə > Güney Press > Anım Günü ilə əlaqədar paytaxtda ağacəkmə aksiyası keçirilib

Anım Günü ilə əlaqədar paytaxtda ağacəkmə aksiyası keçirilib

26-09-2024, 14:08
Anım Günü ilə əlaqədar paytaxtda ağacəkmə aksiyası keçirilib
27 Sentyabr – Anım Günü münasiətilə Bakı Şəhər İcra
Hakimiyyəti, “Regional İnkişaf” İctimai Birliyi (RİİB) və Azərbaycan
Könüllü Təşkilatları İttifaqının (AKTİ) birgə təşkilatçılığı ilə
paytaxtın Nərimanov rayonundakı Məmməd Araz və Aşıq Molla
Cümə küçələri boyunca olan ərazidə genişmiqyaslı ağacəkmə
aksiyası keçirilib. Aksiyada icra hakimiyyətinin əməkdaşları,
struktur bölmələrin işçiləri, İctimai Birliyin könüllüləri və AKTİ-ın
üzvləri iştirak ediblər.
Bu barədə Dia-az.İnfo-ya Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən
xəbər verilib
Aksiya çərçivəsində ərazi yararsız tullantılardan təmizlənib,
Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 500 ədəd
şam ağacı əkilib, damcı üsulu ilə suvarma sistemi quraşdırılıb,
həmçinin ağaclara gələcəkdə qulluq göstərilməsi üçün cavabdeh
şəxslər müəyyənləşdirilib.
Torpaqlarımızın azadlığı uğrunda canlarından keçən
şəhidlərimizin əziz xatırəsinin əbədiləşdirilməsi məqsədilə salınan
yeni yaşıllıqlar ekoloji vəziyyətin yaxşılaşdırılması və ərazinin
görünüşünün daha da gözəlləşməsinə töhfə verəcək.

Geri qayıt