Əsas Səhifə > Güney Press > “Bakı Sığorta”nın lisenziyasının qüvvəsi məhdudlaşdırılıb

“Bakı Sığorta”nın lisenziyasının qüvvəsi məhdudlaşdırılıb


26-09-2024, 12:00
“Bakı Sığorta”nın lisenziyasının qüvvəsi məhdudlaşdırılıb
Azərbaycan Mərkəzi Bankı (AMB) "Bakı Sığorta" ASC-nin lisenziyasının qüvvəsini məhdudlaşdırıb.

Bu barədə AMB xəbər verir.

Məlumata görə, “Sığorta fəaliyyəti haqqında” qanunun 105.1.1-ci maddəsinə müvafiq olaraq, şirkətin könüllü müraciəti əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”, “Daşınmaz əmlakın icbari sığortası” və “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası” növlərinə verilmiş icazələrin ləğv edilməsi yolu ilə lisenziyasının qüvvəsi məhdudlaşdırılıb.

Geri qayıt