Əsas Səhifə > Güney Press > Dövlətə xəyanətdə ittiham olunan şəxs qərardan narazıdır

Dövlətə xəyanətdə ittiham olunan şəxs qərardan narazıdır


26-09-2024, 11:40
Dövlətə xəyanətdə ittiham olunan şəxs qərardan narazıdır
Dövlətə xəyanətdə təqsirləndirilən Tərlan Abbasovun barəsindəki qərardan kassasiya şikayəti verilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Ələsgər Novruzovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd: Tərlan Abbasova Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi ilə ittiham verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tərlan Abbasov 17 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin etməyib.

Geri qayıt