Əsas Səhifə > Güney Press > Paşinyan Rumıniya Prezidenti ilə İrəvanla Bakı arasında normallaşma prosesini müzakirə edib

Paşinyan Rumıniya Prezidenti ilə İrəvanla Bakı arasında normallaşma prosesini müzakirə edib


26-09-2024, 11:29
Paşinyan Rumıniya Prezidenti ilə İrəvanla Bakı arasında normallaşma prosesini müzakirə edib
Rumıniya Prezidenti Klaus İohannis və Ermənistanın baş naziri Nikol Paşinyan Nyu-Yorkda İrəvanla Bakı arasında münasibətlərin normallaşması prosesini müzakirə ediblər.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin bəyanatında bildirilib.

Görüş BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində baş tutub.

Həmsöhbətlər regionda kommunikasiyaların açılması məsələsini də müzakirə ediblər.

Ermənistan və Avropa İttifaqı arasında qarşılıqlı fəaliyyət məsələsinə toxunulub, həmçinin Ermənistan-Rumıniya münasibətlərinin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Geri qayıt