Əsas Səhifə > Güney Press, Ana xəbərlər > ABŞ Güney Qafqazda güclənmək istəyirsə...

ABŞ Güney Qafqazda güclənmək istəyirsə...


26-09-2024, 11:27
ABŞ Güney Qafqazda güclənmək istəyirsə...
Dövlət katibi Antoni Blinken Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bugünkü üçtərəfli görüşündən nəticə əldə etmək və ABŞ-da prezident seçkisinə qədər sazişin imzalanmasını istəyirsə, erməni həmkarını və onun vasitəsilə baş nazir Nikol Paşinyanı Konstitusiyada Azərbaycana ərazi iddiasını ehtiva edən bəndin çıxarılmasına inandırmalıdır. Hər iki tərəf sülh sazişinin mətninin 80 faizinin razılaşdırıldığını bildirib. Tərəflər sazişdə bir-birlərinin ərazi bütövlüklərini tanımağa hazırdılar. Məsafənin böyük hissəsi qət edilib. Paşinyan bircə addım atmaqla məsələnin müsbət həllini sürətləndirə bilər. Dövlət Departamenti Paşinyana çağırış edib onu Konstitusiya dəyişikliyinə inandıra bilsə, ABŞ-ın Cənubi Qafqazda rolu artacaq, əks halda bugünkü üçtərəfli görüşün keçmişdəki görüşlərdən heç bir fərqi olmayacaq.

Elxan Şahinoğlu -Dia-az.İnfo

Geri qayıt