Əsas Səhifə > Güney Press > Paşinyan komanda yoldaşlarını

Paşinyan komanda yoldaşlarını


26-09-2024, 10:02
Paşinyan komanda yoldaşlarını
“Nikol Paşinyan komanda yoldaşlarını əmin edib ki, onlar 2026-cı ildə keçiriləcək növbəti parlament seçkilərində heç bir maneə olmadan qalib gələcəklər. Texniki və təşkilati məsələlər həllini gözləyir. O, komanda yoldaşlarını 2031-ci il seçkiləri haqqında düşünməyə çağırıb".

Moderator.az tert.am-a istinadla xəbər verir ki, bunu “Johovurd” qəzeti yazır.

Nəşrin məlumatına görə, ola bilsin ki, "Vətəndaş sazişi" üzvləri son vaxtlar Ermənistanın hakimiyyətləri dövründə üzləşdiyi bir sıra təhlükəsizlik problemləri fonunda onların reytinqinin kəskin şəkildə aşağı düşməsindən, vəziyyətin daha da mürəkkəbləşməsindən ciddi narahatlıq keçirirlər. 2026-cı il seçkilərində qalib gəlmək üçün lazımi səsləri toplaya bilməmək qorxusu ilə üzləşirlər.

Nikol Paşinyan komanda yoldaşlarını sakitləşdirərək deyib ki, narahat olmağa dəyməz, onlar 2026-cı ildə hakimiyyətdə qalacaqlar, heç bir maneə olmadan seçkilərdə qalib gələcəklər.

Bunun əvəzində Paşinyan 2031-ci ildə keçiriləcək növbəti seçkilər barədə düşünməyə çağırıb.

“Joqovurd” gündəlik qəzeti "VS"-nin deputatı Armen Xaçatryandan Nikol Paşinyanın partiyadaxili görüşlərdə belə bir əminlik verib-vermədiyini soruşub.

“Belə bir mövzu müzakirə olunmayıb. Biz seçkilərin nəticələrinə yalnız onlar hesablandıqdan sonra arxayın ola bilərik. Bu, istənilən seçkiyə aiddir, hətta seçkiyə bir saat qalmış belə, məncə, belə bir arxayınlığın olması düzgün deyil”.

Geri qayıt