Əsas Səhifə > Güney Press > Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb


26-09-2024, 09:14
Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb
Sentyabrın 25-də ölkə ərazisində qeydə alınan 50, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Dia-az.İnfo DİN-ə istinadla xəbər verir ki, axtarışda olduğuna görə ümumilikdə 82, o cümlədən borclu şəxs qismində axtarışda olan 63 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.

Geri qayıt