Əsas Səhifə > Güney Press, Üst manşet > Sosial yardım almaq üçün sosial ödəniş...

Sosial yardım almaq üçün sosial ödəniş...


26-09-2024, 08:21
Sosial yardım almaq üçün sosial ödəniş...
Tovuz rayonu, Aşağı Quşçu kənd sakini Quliyev Şahlar Famil oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi deyir ki, həyat yoldaşı Vəliyeva Samirə Əhməd qızı 8 aydır sosial yardım almaq üçün müraciət etsə də, cavab verilmir:

“Mən, Quliyev Şahlar Famil oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

8 ay əvvəl yoldaşımın adından Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə ünvanlı sosial yardım almaq üçün müraciət etdim. Gəlib evimə baxış keçirdilər. Bir neçə gün sonra baxışa gələn şəxs rəhmətə getdi. Dəfələrlə müdirin qəbuluna getdim, dedilər ki, düzələcək. Müdir Elsun məzuniyyətə gedəndən sonra müavinin də yanına getdim. Yenə mümkün olmadı.

Hörmətli redaksiya!

Xahiş edirəm, məsələ ilə bağlı bizə köməklik göstərəsiniz”.

Qeyd edək ki, vətəndaşın müraciəti ilə əlaqədar adından Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Qurumdan bizə bildirildi ki, Tovuz rayon sakini Vəliyeva Samirə Əhməd qızının ünvanlı sosial yardımla bağlı son elektron müraciəti 30 aprel 2024-cü il tarixində qeydə alınıb. Həmin müraciətə sistem tərəfindən imtina verilib. “İmtinaya səbəb ailə üzvünün məşğulluğunu təmin edən məcburi dövlət sosial sığorta ödənişlərinin olmaması olub”, - deyə əlavə olunub.

Geri qayıt