Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > 41 ilin müəllimi HAQSIZLIQLA ÜZ-ÜZƏ...

41 ilin müəllimi HAQSIZLIQLA ÜZ-ÜZƏ...


14-09-2024, 12:15
41 ilin müəllimi HAQSIZLIQLA ÜZ-ÜZƏ...
Masallı rayon, Türkoba kənd sakini Talıbova Şahidə Nayıb qızı haqsızlıqla üz-üzə qalıb. Dia-az.İnfo xəbər verir ki, şikayətçi düşən Masallı sakini üzləşdiyi problemlə bağlı aidiyyatı qurumlardan kömək istəyir.

Dia-az.İnfo-ya daxil olan müraciətin mətnində deyilir: "41 il təhsil sahəsində müəllimə kimi fəaliyyət göstərmişəm...

Masallı rayon Şatıroba kənd ümumi orta məktəbində bütün məktəb kollektivi necə savadlı müəllimə olduğumu bilir. 31 avqust 2023-cü ildə 60 yaşdan yuxarı könüllü imtahanda iştirak etdim. "Quran"a and içirəm kompüterdə 3 dəfə nəzarətçilər də kömək etdilər... xəta baş verdi. 7 dəqiqəm boşa getdi, həyəcan oldu...
Nə isə... 22 bal topladım və keçə bilmədim. 5 iyun 2024-cü il tarixində allergiyalı ola-ola qəflətən halım pisləşdi və taksi çağırdım. Xəstəxanaya məktəbdən getdim... bunu hamı gördü və 8 iyun təkrar imtahana gedə bilmədim. İmkanım yox idi xəstəxanada yatım, bu həqiqətən belədir. Və pensiya yaşıma 1 il qalıb...
May ayının 18-də ailə başçımız rəhmətə gedib. 63 yaşım var "Acces bank"da 270 manatlıq aylıq ödənişli kreditim var. Oğlumun Masallı bazarında mağazası var idi. Kretiti ona görə götürmüşdüm, bazarı yandırdılar hər şey yandı. İndi mən nə edim? 41 il müəllimə işlə, 1 ilə görə arxamca təpik atdılar... Bəs qanun? Bəs səhiyyə, bəs təhsil?
Kimə inanım... nə edim... Məcbur olub ana-bala narkotik sataq ki, dolana bilək? Ya da yolda oturum dilənçilik edim? Neçə illər Həmkarlar İttifaqına pul ödəmişəm ,indi dilənçilik edim?
Xahiş edirəm, bədbəxt ana kimi mən kömək edin. Hara getmişəm, xeyri yoxdur... Budur Azərbaycanda qanun? Axı mən qanunlara inanıram... Nə edim, necə edim, az qalıb ki özümü bu yaşda asım... Haralara müraciət etmişəm, ora-bura göndəriblər... Bu yaşımda bütün idarələrə getmişəm, xeyri yoxdur. Nə edim 1 müəlliməni yola verə bilmirlər?
Dərdim böyükdür deyə yenə yazıram... Bazar yanmasaydı, yenə birtəhər yaşayardıq. 30 min manatlıq mal yandı, mağaza da əldən çıxdı. Neyləyim bilmirəm. Kredit olmasaydı, yenə, vəziyyətdən çıxardıq..."

Geri qayıt