Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Fuad Nəcəfli də Naxçıvandan KOLXOZ SƏDRİsayağı HESABAT VERİR...

Fuad Nəcəfli də Naxçıvandan KOLXOZ SƏDRİsayağı HESABAT VERİR...


12-09-2024, 11:38
Fuad Nəcəfli də Naxçıvandan KOLXOZ SƏDRİsayağı HESABAT VERİR...
Vasif Talıbov görəvdən alınanda camaat - xüsusən də Naxçıvan sakinləri ümidləndilər ki, nəhayətdə rahat nəfəs alacaqlar... Çünki SSRİ dağılandan sonra naxçıvanlılar demək olar ki AZADLIQ nədir, dada bilməmişdilər, ya da dada bilmələri üçün Naxçıvandan Bakıya və yaxud da Azərbaycanın digər yerlərinə köç etməli olurdular. Ona görə də Fuad Nəcəflinin Prezidentin xüsusi nümayəndəsi olaraq Naxçıvana göndərilməsi əhalini ümidləndirdi.

Dia-az.İnfo xəbər verir ki, amma indi ortada tamam fərqli mənzərə var. Fuad Nəcəfli keçmiş Ali Məclis sədri Vasif Talbıovun hətta unudulmuş ölülərinə belə rəhmət oxutdurur. Bunu görmək üçün isə sosial şəbəkələri, günlük xəbər saytlarını izləmək yetərlidir. Maləsəf ki, binəva naxçıvanlılar yenə də özlərini əmin-amanlıqda hiss edə bilmirlər.

Vasif Talıbov gedəndən sonra məhz on minlərlə MR sakini Naxçıvanı tərk etməli olub... sadəcə olaraq iş yeri bağlandığı üçün...

İndi isə durum daha da cınacaqlıdır. Amma rəsmiyyətdə bu reallığı görmək mümkün deyil.

Məsələn, yerli Dövlət Statistika Komitəsi deyir ki, Naxçıvanda orta aylıq əmək haqqı ilin əvvəlinə nisbətdə 17 faiz artıb.

Məlumata görə, hazırda bu rəqəm 777 manatdır.

Yerli əhali isə, maaşların artmadığını, əksinə 30-40 faiz azaldığını bildirirlər. Onlar bununla bağlı mətbuatda tez-tez şikayətlə çıxış edirlər.

Elə dünən bir neçə belə şikayəti dia-az.media olaraq təqdim etdik. Amma nə olsun. Buna rəğmən Fuad Nəcəfli həzrətləri yalan-palan hesabatları ilə "yuxarıdakılar"ın qulaqlarını yağır edib. Amma onun bu KOLXOZSAYAĞI hesabatları "yuxarıdakılar"ı qane edirmi? QANE EDƏCƏKMİ? Bunu zamanla görəcəyik.

Hələliksə, danışan Hindistan Radiosudur və bu radionun efirində Nəcəflinin həzin yalanları xırıd olunmaqdadır...

Geri qayıt