Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Mikayıl Cabbaorvun kadrı Misir Mərdanovun kadrına şükür oxutdurur?

Mikayıl Cabbaorvun kadrı Misir Mərdanovun kadrına şükür oxutdurur?


3-04-2014, 14:20
Mikayıl Cabbaorvun kadrı Misir Mərdanovun kadrına şükür oxutdurur?
DİA.AZ: - Sumqayıt Dövlət Universitetində (SDU) rektor dəyişikliyi olsa da mahiyyət dəyişikliyi baş verməyib. Bu barədə DİA.AZ-a SDU tələbələri adından edilən müraciətdə bildirilir. Xatırlada ki, keçən ayın əvvəli Mikayıl Cabbarov yeni rektoru SDU heyətinə təqdim edib

Görünəni isə odur ki, Elxan Hüseynov da ondan əvvəlki rektor – “qəssab” ləqəbini qazanmış Nadir Qəhrəmanovun yolunu seçib. Ən azından dia.az-a müraciət edən tələbələr bunu iddia edir və müraciətlərində bildirirlər ki, yeni tariflərə görə Sumqayıt Dövlət Universitetində növbəti semestrin bütün imtahanlarının birgə, yəni “topdansatış” qiyməti təxminən 700-800 manat civarında müəyyənləşdirilib.

Mikayıl Cabbaorvun kadrı Misir Mərdanovun kadrına şükür oxutdurur?

Redaksiyamıza daxil olan müraciətdə bildidirlir ki, dekanlar qarşıdan gələn imtahan sezonu ilə bağlı indidən bazarlığa girişiblər: “Deyəsən, yeni rektorumuz Nadir Qəhrəmanova şükür oxutdurmaq üçün təyin olunub”.

İddialarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq...

Onu da bildirək ki, müraciətlərində özlərini SDU tələbələri kimi təqdim edənlər dia.az-a həm də rüşvət tələb edən müəllimlərin də adlarını açıqlayıblar.


Geri qayıt