Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Heydər Əsədov İsmət Abbasova qarşı yeni dəlillər əldə edib – Baş nazirin müavini hədəfdədir

Heydər Əsədov İsmət Abbasova qarşı yeni dəlillər əldə edib – Baş nazirin müavini hədəfdədir


2-04-2014, 11:36
Heydər Əsədov İsmət Abbasova qarşı yeni dəlillər əldə edib – Baş nazirin müavini hədəfdədir
DİA.AZ: - Kənd Təsərrüfatı Nazirliyinin balansında olan «Aqrolizinq» ASC-nin əsas funksiyası fermerlərə kənd təsərrüfatı texnikası və avadanlığı, habelə mineral gübrələr, toxumluqlar və digər səpkidə olan məsələlərdə yardımçı olmaqdır. Amma görünəni odur ki, keçmiş nazir İsmət Abbasovun dövründə təşkilatın başı pul qazanmağa elə qarışıb ki, fermerlər yaddan çıxarılıb. Bu fakt isə bu günlərdə yeni nazir Heydər Əsədov tərəfindən ciddi şəkildə araşdırtdırılıb. Bu barədə DİA.AZ-a KTN-dəki qaynaqlar informasiya verib.

Məlumatı verən mənbə iddia edir ki, «Aqrolizinq» ASC-nin fəaliyyətini yoxlatdıran Heydər Əsədova tutarlı faktlar təqdim olun və bu faktlar bir çoxlarını həbsxanaya belə yola sala bilər. Bu barədə dia.az-a danışan mənbə bildirir ki, «Aqrolizinq» ASC 2012-ci ildə bir sıra tenderlər keçirib və bunun üçün 13 milyon manatdan artıq vəsait sərf edib. Həmin pulların hara xərcləndiyi ilə bağlı məlumatlara diqqət yetirdikdə isə hansı dəhşətli vəziyyətdə olduğunu açıq şəkildə görmək olur.

Mənbə konkret misallar da çəkir və iddia edir ki, artıq bu dəlillər hüquq-mühafizə orqanlarına təqdim olunub: “Birinci misal, kənd təsərrüfatı texnikası olan kombaynların təmiri ilə bağlıdır. Rəsmi məlumatlarda vurğulanır ki, öətn il «Aqrolizinq» 5 ədəd kombaynın təmir olunması üçün 39 min 50 manat pul ayırıb. Bu işləri görmək üçün keçirilən tenderin qalibi isə “Servis-Reklam LTD" MMC olub.

Elə buradan aydın görünür ki, «Aqrolizinq» rəhbərliyi bir kombaynın təmiri üçün 8 min manata yaxın pul xərcləyib. Halbuki həmin pulla yerli bazardan işlənmiş kombayn belə almaq mümkündür. Aydın məsələdir ki, rəqəmlərin bu şəkildə şişirdilməsi məqsədli xarakter daşıyır. Çünki büdcə pullarını silmək üçün bundan asan və rahat yol hələlik mövcud deyil.

Bir başqa misal kimi isə «Aqrolizinq» tərəfindən ötən il gübrə alınmasına çəkilmiş xərci göstərə bilərik. Yenə rəsmi məlumatlarda deyilir ki, «Aqrolizinq» ASC Azat gübrəsinin alınması məqsədi ilə keçirdiyi tenderdə "Bioline Consulting" LTD qalib gəlib və gübrə alınması üçün 13 milyon 163 min 904 manat ayrılıb. İndi bizim üçün maraqlıdır ki, bu qədər vəsaitə gübrə alınmışdırsa, bəs həmin lazımi mazemələri niyə fermerlər istifadə edə bilmirlər? Niyə fermerlərin həmin gübrədən qəti xəbəri yoxdur və onu almaq üçün yerli bazarlara üz tuturlar? Təbii ki, bunu da geniş şərh etməyə gərək yoxdur. Çünki həqiqət eynidir”.

Şübhəsiz ki, Azərbaycanda heç bir idarə və müəssisə rüşvətsiz hərəkət etmir. Elə «Aqrolizinq»də də vəziyyət eynidir. Məsələn, rayonlarda lizinq yolu ilə texnika alan fermerlər texnikanın qiymətləndirilmiş məblərindən əlavə, rüşvət vermək məcburiyyətində qalırlar. Fermerlərin dediyinə görə, «Aqrolizinq» ASC-nin rayonlardakı filiallarında istənilən kənd təsərrüfatı texnikasını tapmaq mümkün deyil: «Əgər fermer taxıl səpən istəyirsə, bəhanə gətirirlər ki, Şəkidə taxıl səpən olmadığından fermer cəmiyyətin Ucar regionlararası təchizat bazasına getməlidir. Müəyyən vəsait xərcləyib Şəkidən Ucara gedən fermer orada çoxsaylı problemlərlə üzləşir. Əgər taxıl səpənin qiyməti 6 min manatdırsa, fermer bu texnikanı lizinq yolu ilə almaq üçün sənədləşdirmə işlərinə ən azı 1000 manat pul xərcləyir. Texnikanı anbardan çıxarmağa əlavə 100 manat, qaldırıcı kran vasitəsilə maşına yükləmək üçün 50 manat, maşınla texnikanı gətirmək üçün məsafədən asılı olaraq müəyyən məblərdə pul çıxır. Beləcə, bir texnikang lizinq yolu almaq üçün ilkin mərhələdə fermer 1500 manata qədər rüşvət verməlidir».

Xəbərə görə, əslində bu faktların ictimailəşdirilməsində əsas hədəf hazırda baş nazirin müavini postunu tutan, sabiq KTN şefi İsmət Abbasovdur.

Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt