Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Qanunsuz olaraq işdən çıxarıldı, məzuniyyəti pulunu da vermədilər…

Qanunsuz olaraq işdən çıxarıldı, məzuniyyəti pulunu da vermədilər…


26-08-2024, 12:44
Qanunsuz olaraq işdən çıxarıldı, məzuniyyəti pulunu da vermədilər…
Ağcabədi rayon sakini İsmayılova Aynur İmza qızı tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsinin rəhbərliyi onu qanunsuz yerə işdən çıxarıb:

“Mən, İsmayılova Aynur İmza qızı, yazaraq bildirirəm ki, 2023-cü ildə Kommunal Xidmət və Mənzil İstismar İdarəsinə müdir təyin olunan Səfər Səfərov məni və bir neçə işçini işdən çıxardı. Mənim və digər iş yoldaşlarımın məzuniyyət pullarımızı vermir.

Əmək Müfəttişliyinə sənəd təqdim ediblər ki, 2013-dən 2023-ci ilə kimi idarənin əmr kitabları itdiyinə görə, məzuniyyət pullarını verə bilmirik. Hətta bildiriblər ki, bu illər ərzində görülən işlər də sistemə yerləşdirilməyib.

Məzuniyyət pulumla bağlı Mediasiya xidmətindən keçdim. İlk prosesdə idarənin nümayəndəsi Dəyanət Mövsümov iştirak etdi, amma etibarnaməsiz gəlmişdi. Bu səbəbdən də proses təxirə salındı. Mediasiya isə mənə veriləcək sənəddə qeyd edib ki, mediasiya keçirilməyib. Halbuki tamailə yalan danışırlar, əlimdəs əs yazıları var. Ən gülməlisi də odur ki, məsələnin ailə mübahisəsi kimi qeydə alıblar. Burada ailəlik hansı söhbət var ki?!

Mən tək qadın olaraq Ağcabədi rayonunun vəzifəli şəxsləri tərəfindən əzilirəm. İcra hakimiyyətinin başçısı Rafael Hüseynov da mənim haqqımı onlardan almağa kömək etmir. Dostluq əlaqəsi qurublar. Mənim əlimdəki bütün sənədləri baxılması üçün kim, hara desə gətirə bilərəm. Haqsız yerə mənim və uşaqlarımın çörəyinə bais olublar.

Hörmətli redaksiya!

Xahiş edirəm ki, problemimin işıqlanmasında mənə kömək edin. Məni efirinizə dəvət edin, gəlim başıma açılan bütün oyunları ətraflı, sənədlərlə göstərib, izah edim”.

Məsələ ilə bağlı Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsi ilə əlaqə saxlaya bilmədik.

Qanunsuz olaraq işdən çıxarıldı, məzuniyyəti pulunu da vermədilər…
Qanunsuz olaraq işdən çıxarıldı, məzuniyyəti pulunu da vermədilər…

Geri qayıt