Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Məhəmmədi kəndinin sakinləri Etibar Pirverdiyevə qarşı üsyana hazırlaşır

Məhəmmədi kəndinin sakinləri Etibar Pirverdiyevə qarşı üsyana hazırlaşır


31-03-2014, 12:13
Məhəmmədi kəndinin sakinləri Etibar Pirverdiyevə qarşı üsyana hazırlaşır
DİA.AZ: - Keçən günlərdə məlumat verərək bildirmişdik ki, Abşeronun Məhəmmədi kəndinin sakinləri «Azenerji»nin prezidenti Etibar Pirverdiyevi məhkəməyə verməyə hazırlaşırlar. Səbəbsə bayram günlərində Məhəmmədi sakinlərinin günlərinin zülmətə bürünməsidir.

Bu barədə DİA.AZ-a şikayət edən Məhəmmədi kəndinin sakinləri bildirmişdilər ki, Novruz Bayramı gələr-gəlməz onların qaranlığa qərq olublar:

««Azenerji» də Novruz Bayramı ərfəsində digər dövlət qurumlarına qoşularaq bayram günləri gücləndirilmiş iş rejimində çalışacağını bildirdi. Biz bu «rejimi» yaxşı yaşadıq və hələ də yaşamaqdayıq. Artıq 10 gündür ki, Məhəmmədi kəndində elektrik enerjisinin təminatında ciddi problem yaşanır».

Sakinlər bildirirlər ki, 10 gün ərzində üçt-üstə 24 saat işıqla təmin olunmayıblar: «Biz başa düşə bilmirik ki, Etibar Pirverdiyev bizimi ələ salır, yoxsa özü vəzifəsində dinc otura bilmir… Belə yaşayışmı olar? Niyə «Azenerji» rəhbərliyi vətəndaşları hökumətə qarşı qaldırır? Artıq Məhəmmədi sakinləri üsyan püskürür. Bayramımız da burnumuzdan gəldi. Şikayət edəndə dedilər ki, transformator partlayıb. Bunun təmiri bu qədərmi uzandı?»

DİA.AZ-a bu gün yenidən müraciət edən Məhəmməd sakinləri bildirir ki, son üç gün ərzində yenidən işıqları kəsilib: «Biz neft ölkəsində yaşadığımızı heç hiss etmirik. Artıq kimsənin evində salamat texniki-məişət avadanlığı qalmayıb. Kiminin soyuducusu, kiminin kombisi, kiminin teleizoru elektriklərin qəfil azalıb, artmasından, kəsilməsindən sıradan çıxıb. Belə də iş olar? Şikayət edəndə də bizi təxribatçı kimi qələmə verirlər. Dəfələrlə bələdiyyə sədrinə, icra nümayəndəsinə narızılığımızı bildirmişik. Onlar da «bizlik deyil» deyirlər».

Sakinlərin son sözü bu oldu ki, əgər işıq problemləri həll olunmazsa, o zaman kəndin yanından keçən və Pirşağıya gedən əsas magistral yolu etiraz olaraq bağlayacaqlar…

Qarşı tərəfi də dinləməyə hazırıq…

Geri qayıt