Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Hakimiyyət növbəti ələmə dalğasında hansı məmurlarla yollarını ayıra bilər

Hakimiyyət növbəti ələmə dalğasında hansı məmurlarla yollarını ayıra bilər


31-03-2014, 11:35
Hakimiyyət növbəti ələmə dalğasında hansı məmurlarla yollarını ayıra bilər
DİA.AZ: - Son günlər iqtidar daxilində münasibətlər yenidən gərilib. Bunu Prezident Administrasiyası rəhbərliyində yaranmış fikir ayrılığından da sezmək mümkündür. Və bu münaqişənin nəticəsi olaraq PA-nın şöbə müdirlərindən biri - Elnur Aslanov görəvindən uzaqlaşdırıldı. Hər halda, bu qərarla prezident İlham Əliyev siyasətlə məşğul olmaq istəyən məmurlara qarşı cəza tədbirləri görəcəyini nümayiş etdirmiş oldu.

Xatırladaq ki, hələ prezidentliyinin ilk dönəmlərində İlham Əliyev o zamankı əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyevi sərt formada cəzalandırmışdı. Buna səbəbsə o zamankı təhsil naziri Misir Mərdanovla Əli Nağıyevin arasındakı rəqabət idi. Belə ki, prezident hətta Əli Nağıyevi vəzifəsindən almamışdan öncə ona bir xəbərdarlıq da etmişdi. Bildirmişdi ki, əgər kimsə siyasətlə məşğul olmaq istəyirsə, bunun üçün istefa verməlidir.

Təbii ki, Misir Mərdanov-Əli Nağıyev davası o zaman çox böyüdü və hətta iqtidar mətbuatı üçün də mövzuya çevrildi. Belə bir şəraitdə prezident onun xəbərdarlığını ciddiyə almayan tərəfi - Əli Nağıyevi cəzalandırdı.

İndi isə Elnur Aslanov bir «siyasətçi» kimi hədəfə çevrildi. Hər halda, ilkin olaraq görünəni budur. Və onun yaxınlarının da bu barədə mətbuata verdiyi açıqlamalar son anda əleyhinə işləiiş oldu.

Rəqabət isə davam edir. Bu barədə də DİA.AZ-a bilgili mənbələr informasiya ötürüb. Daxil olan xəbərlərdə deyilir ki, hətta bəzi çevrələr indidən parlament seçkilərinə hazırlaşırlar və özlərinə tərəfdər toplaya bilmələri üçün indidən parlament seçkilərilə bağlı vədlər verirlər.

Mənbənin dia.az-a söylədikləri: «Məsələn, deputatlarla bağlı mətbuata müxtəlif kompramat xarakterli informasiyalar ötürülür. Bunlar məqsədlidir. Bununla həmin dairələr deputatları şantaj edirlər ki, daha mandat əldə etmələri mümkün olmayacaq. Halbuki hələ 2015-ci ilə çox var».

Mənbəmiz onu da bildirdi ki, iqtidardaxili çəkişmə prosesinin yenidən şiddətlənməsi yeni «qurbanların» olacağına işarədir: «Hakimiyyət yeni kadr dəyişikliklərinə gedəcək. Bu, qaçılmaz bir prosesdir».

Mövzu diqqətimizdədir.

Geri qayıt