Əsas Səhifə > Güney Press, Manşet, Reklam > `Azercell`dən rəqiblərinə qarşı UCUZ ŞOU...

`Azercell`dən rəqiblərinə qarşı UCUZ ŞOU...


6-08-2024, 08:58
`Azercell`dən rəqiblərinə qarşı UCUZ ŞOU...
Bir neçə gün əvvəl Dia-az.İnfo olaraq məlumat verdik ki, özünü ÖLKƏNİN ƏN BÖYÜK MOBİL OPERATORU adlandıraraq cılız işlərlə məşğul olmaqdan çəkinməyən Azercell son günlər Bakcell və NAR-a qarşı qərəzli kampaniya aparır... Maraqlıdır ki, əslinfə Azercell tərəfindən yönləndirildikləri şübhə doğurmayan bəlli bir trol ordusu sözügedən iki mobil operatoru sosial şəbəkələrdə gözdən salmağa çalışır və əslində ümumi olan şəbəkə problemləri ilə bağlı yalnız həmin iki şirkəti ittiham edirlər, Azercell-i təmizə çıxarmağa çalışırlar.

YAZISI BURADA: Azercell-in rəqiblərinə qarşı QURŞAQDAN AŞAĞI mübarizə metodu... - Sadəcə... AYIB OLSUN!

Dia-az.İnfo bildirir ki, əslində bütün bunlar Azercell-in adına həm də bir qanun pozuntusu olsa da, nədənsə sosial şəbəkələrdə bu kimi hallara ümumi nəzarətsizlik olduğundan kimsə "ən böyük mobil operatorumuza" güldən ağır söz demir.

Qeyd edək ki, apardığımız araşdırmalar nəticəsində aydın olur ki, Azercel şiurkəti təkcə rəqiblərini gözdən salmaqla yetinmir, həm də onların müştərilərini belə özünə cəlb etməkdən yayınmır. Məsələn, trolluğu şübhə doğurmayanlardan biri belə yazır:

`Azercell`dən rəqiblərinə qarşı UCUZ ŞOU...

Və ardından da bunu təqdim edir:

`Azercell`dən rəqiblərinə qarşı UCUZ ŞOU...

Hər halda, məsələ gün kimi aydındır... İndi iş qalır dövlətin müvafiq qurumlarına....

Geri qayıt