Əsas Səhifə > Güney Press, Şou-biznes > “Sən heç kim olanda səni Aygün və Röya gündəmə gətirdi..."

“Sən heç kim olanda səni Aygün və Röya gündəmə gətirdi..."


29-03-2014, 13:56
“Sən heç kim olanda səni Aygün və Röya gündəmə gətirdi..."
Prodüser Tarix Əliyev yenə də qalmaqallı açıqlaması ilə diqqət çəkib.

Axşam.az-ın məlumatına görə, Tolik İnstaqram səhifəsində xalq artisti Mələkxanım Əyyübova ilə görüşdüyünü və onun müğənni-bəstəkar Ramal İsrafilovun son vaxtlar yaratdığı qalmaqallara münasibət bildirdiyini yazıb. Tolikin yazdıqlarını olduğu kimi təqdim edirik:

“Sənətkarın əslində sözü də gərək ağır olsun. Mələkxanım xanımla bir məclisdə idik. Söhbət əsnasında Ramalın son vaxtlar “Aygün-Röya” qalmaqalı haqda soruşdum. Verdiyi cavab isə əsl sənətkara yaraşan idi. “Ramala zəng edib dedim ki, səni heç kim tanımırdı, Aygün və Röya mahnılarını oxuyub gündəmə gətirdilər. Aygün sənətdə də səndən böyükdür”.
Orada Aygün xanıma zəng etdim, Mələkxanım Əyyubova ilə telefonla danışdılar. O, əslində şou-biznesdən uzaq olan insandır. Yaxşı bilir ki, Ramal kiminsə fitvasına gedib. Bunu hamı başa düşür. O, restoran otaqlarında çürüyən bəzi şanssız müğənniciklərin fitvasına gedib. Bilirlər ki, Aygün və Röya olan yerdə o beşinci yerə düşür. Bu ərəfədə elə etdi ki, Ramalın toyunda özü ulduzluq etsin. Amma alınmaycaq. Ay yazıqlar, Ramal istedadlıdır, onun ən azından bu bacarığı var, ətrafındakılar onu sevir. Amma səni ətrafındakılardan başqa sevən yoxdur. 49 yaşın olacaq, qurlar içini o qədər yeyib ki, səni heç kim yaxına buraxmır”.

Qeyd edək ki, Mələkxanım Əyyubova Ramal İsrafilovun xalasıdır.

Geri qayıt