Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Kürdəmirdə GÖZGÖRƏSİ YAŞIL TERROR...

Kürdəmirdə GÖZGÖRƏSİ YAŞIL TERROR...


30-07-2024, 16:22
Kürdəmirdə GÖZGÖRƏSİ YAŞIL TERROR...
Kürdəmir rayon Şüşün kənd sakini Mikayılov Çingiz Mikayıl oğlu tərəfindən ETSn rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də Dia-az.İnfo-ya daxil olan müraciətdə deyilir:

"Hörmətli Muxtar müəllim!

Kürdəmir rayonu, Şüşün kəndi ərazisində Kür çayı sahilində meşə zolağında qanunsuz ağac kəsintisi faktı mövcutdur. Kürdəmir rayon Şüşün kənd sakini Köhünlü bələdiyyəsinin üzvü Abbasov Nohəl Soltan oğlu 40.136095, 48.026447 koordinatlarında yerləşən meşə zolağında meşəqırma icazəsi olmadan meşənin soyqırımını aparıb. O tuqay meşələrində yaşlı qovaq ağaclarını kəsdirib.

8 saylı RETSİ idarəsinin rəis Akif Məmmədov və Kürdəmir rayonunda ekologiyaya məsul olan Eldəniz adında şəxs ağaclarının qırılma faktına göz yumur. Bütün bunları nəzərə alaraq aşağıdakıları xahiş edirm:

Şəxsən Akif Məmmədovun iştirakı ilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları əraziyə baxış keçirərək akt tərtib etsinlər.
Tərtib edilmiş akt əsasında cinayət məcəlləsinin 259-cu maddəsi (qanunsuz ağac kəsmə) ilə tədbir görülməsi üçün prokurorluq orqanlarına göndərilsin.
Akt tərtib edilərkən Nohəl Abbasovun bələdiyyə üzvü və müavin olması faktı nəzərə alınsın. 259.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə maddəsinin tələbləri yerinə yetirilsin.
Tərtib edilmiş aktı müraciət müəllifinə təqdim etsinlər.

İnanıram ki, Muxtar müəllim 8 saylı RETSİ rəisi Akif Məmmədova qanunların tələblərinə əməl edilməsi üçün göstəriş verəcək.

Cənab nazir!

Diqqətinizə çatdırım ki, Nohəl Abbasov həmçinin Kürdəmir Suvarma Sitemləri idarəsinin məsul əməkdaşı olub. Onun Kürdəmir rayonunda Ekologiyaya nəzarət edən Eldəniz adlı şəxslə yaxın münasibətləri var.

Həmçinin onu da diqqətinizə çatdırım ki, Nohəl Abbasov uzun illərdir saxta diplomla dövlətə küllü miqdarda ziyan vurmuş şəxsdir. Onun diplomunun saxta olması faktı təsdiqini tapıb. Şəxs qulluq mövqeyindən sui-istifadə edərək meşə təsəruffatına da ciddi ziyan vurub.

İnanıram ki, dövlətimizi və təbiətimizə ziyan vurmuş şəxsin müdafiəçiləri axrı ki, qanunun şah olduğunu dərk edə biləcəklər..."

Kürdəmirdə GÖZGÖRƏSİ YAŞIL TERROR...
Kürdəmirdə GÖZGÖRƏSİ YAŞIL TERROR...
Kürdəmirdə GÖZGÖRƏSİ YAŞIL TERROR...
Kürdəmirdə GÖZGÖRƏSİ YAŞIL TERROR...
Kürdəmirdə GÖZGÖRƏSİ YAŞIL TERROR...

Geri qayıt