Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Xaçmaz sakinlərinin YOL DƏRDİ... dastana çevrilir...

Xaçmaz sakinlərinin YOL DƏRDİ... dastana çevrilir...


27-06-2024, 11:35
Xaçmaz sakinlərinin YOL DƏRDİ... dastana çevrilir...
Neçə müddətdir ki, Dia-az.İnfo olaraq Xaçmaz sakinlərinin üzləşdiyi yol problemi ilə bağlı gileyləri təqdim etməkdədyik. Amma görünəni odur ki, bu narazılıqlar belə əlaqədar qurum və şəxslərin hərəkətə keçməsi üçün yetərli deyil.
Dia-az.İnfo xəbər verir ki, elə bu cür düşünənl Xaçmaz sakinləri dərdlərini fərqli ifadədə ictimailəşdirmək qərarına gəliblər.
Narazı vətəndaşların gileyində qeyd olunur:
"Xaçmazın şəhər küçələri Amerikanın kosmik araşdırmalar mərkəzi olan "NASA"-nın balansında olduğu üçün Xaçmaz Rayon İcra hakimiyyətinin və Yol idarəsinin hər hansı bir təmir aparmaq icazəsi yoxdur..."
Bir başqa şikayətçi isə bildirir:
"Dəmir yol vağzalının dairəsinə qəti baxan yoxdur. Düz dairənin içində yaranan çuxurlar, bəlkə 10 ildir olduğu ki qalır. Bir çox küçələrdəki kimi..."
Başqa bir vətəndaş isə Dia-az.İnfo vasitəsilə Xaçmaz rayon icra hakimiyyəti başçısına müraciət edərək bildirir: "Əgər bu məsələlər sizlik deyilsə, işarə edin bilək... Bəlkə də elə susqunluğunzla işarə edirsiniz eee... amma biz anlamaq istəmirik... yəni qəbul etmək..."

Geri qayıt