Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Çinin böyüklər üçün OYUNCAĞI: Sürücülər ÇARƏSİZ QALIB...

Çinin böyüklər üçün OYUNCAĞI: Sürücülər ÇARƏSİZ QALIB...


6-06-2024, 12:22
Çinin böyüklər üçün OYUNCAĞI: Sürücülər ÇARƏSİZ QALIB...
Son illər sürətlə Azərbaycanın avtomobil bazarına daxil olan Çin istehsalı maşınlar ilə bağlı sürücü şikayətləri artmağa başlayıb. Sürücülər daha çox Çin istehsalı olan avtomobillərin servis xidmətinin olmamasından və ehtiyat hissələrinin tapılmamasından narazılıq edirlər.

Belə sürücülərdən birinin sosial şəbəkə vasitəsilə etdiyi etirazı təqdim edirik.

Belə ki, Çin istehsalı olan “Changan” markalı avtomobilin sürücüsü bu modelin ehtiyat hissələrin olmamasından şikayətlənir.

O, avtomobilin arxa hissəsinə “Çinin oyuncağı”, “6 aydır ehtiyat hissəsi gözləyirəm, satanda belə deməmişdilər” sözlərini yazaraq öz etirazını bildirir.

Qeyd edək ki, son vaxtlar Azərbaycanda Çin istehsalı olan avtomobillər nisbətən ucuz satılsa da, amma keyfiyyətsizliyi ilə ciddi narazılığa səbəb olub.



Demokrat.az

Geri qayıt