Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Şimal bölgəsində XÜSUSİ NÜMAYƏNDƏ TƏLAŞI...

Şimal bölgəsində XÜSUSİ NÜMAYƏNDƏ TƏLAŞI...


31-05-2024, 12:05
Şimal bölgəsində XÜSUSİ NÜMAYƏNDƏ TƏLAŞI...
"Şimal bölgəsi üzrə prezidentin xüsusi nümayəndəsi kimin olmasını istərdiniz?" Dia-az.İnfo xəbər verir ki, bu sualla sosial şəbəkələrdə sorğular düzənlənməkdədir ki, bunu da təsadüfi hesab etmək olmaz.

Qeyd edək ki, sorğuda sözügedən bölgəyə aid icra başçılarının şəkli yerlşdirilərək respondentlərin rəyi öyrənilir.

Şimal bölgəsində XÜSUSİ NÜMAYƏNDƏ TƏLAŞI...

Və burada diqqətçəkən başlıca məqam isə ondan ibarətdir ki, ayrı-ayrı sosial qruplarda keçirilən sorğuda gizli şəkildə hazırda Xaçmaza rəhbərlik edən Elnur Rzayev təbliğ olunmaqdadır.

Hər halda, hörmətli Elnur müəllimin bu sorğudan xəbərsiz olduğunu iddia etmək sadəlövhlük olardı... Təkcə xəbəri yox, həm də marağının belə olduğunu söyləmək yerinə düşər...

Lakin bir məqam var ki, Azərbaycanda vəzifə təyinatları sorğu ilə müəyyən olunmur....


ZƏRURİ QEYD: Az əvvəl Qusar RİH başçısı postundan alınan Şair Alxasovu artıq sözügedən bölgədə Prezidentin Xüsusi Nümayəndəsi kimi görmək istəyənlər üçün namizəd hesab olunmur.

Onun görəvdən alınmasına gəlincə isə, Dia-az.İnfo olaraq qeyd edək ki, bu işdə Alxasovunməlum Qusar meşələrini özbaşına olaraq fərdi evlərin inşası üçün satışa çıxarması faktı şəkksiz olaraq rol oynayıb...

Geri qayıt