Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > “Rabitə Nazirliyindən deyirlər ki, o dirəklə heç kim ölməz”

“Rabitə Nazirliyindən deyirlər ki, o dirəklə heç kim ölməz”


27-05-2024, 10:50
“Rabitə Nazirliyindən deyirlər ki, o dirəklə heç kim ölməz”
“Sabunçu rayon telefon qovşağı 4 gündür ki, düz qapımın ağzına dəmir dirək basdırıb. Biri var basdırsın, amma bunlar basdırmayıblar. Dirəyi qazdıqları quyuya qoyub gediblər. Dəmir dirək məhəllədəki kabellərin üstünə aşıb. Bir neçə yerə müraciət etmişəm. Nə gəlib onu götürürlər, nə də ki, bir gəlib maraqlanırlar. Briqadiri tapıb, ona zəng etdim, deyir ki, heç nə olmaz, onunla adam ölməz. Qapımı açsam, dirək qırılsa düz başıma düşəcək. Sabunçu rayon telefon qovşağına da, Rabitə Nazirliyinə də müraciət etmişəm amma biri gəlib maraqlanmır”

“Rabitə Nazirliyindən deyirlər ki, o dirəklə heç kim ölməz”
“Rabitə Nazirliyindən deyirlər ki, o dirəklə heç kim ölməz”

Bunu Moderator.az-a açıqlamasında Suraxanı rayonu, Hövsan Qəsəbəsi Oktay Şabanov küçəsində yaşayan kənd sakini bildirib. O daha sonra əlavə edib.
“3 gündən sonra nəhayət ki, bu gün gəlib dirəyin dibinə kubik qırıntıları atıblar ki, aşmasın. Mən heç istəmirəm ki, qapımın ağzında dirək olsun. Ən azından soruşardılar, məsləhət alardılar. Elə bil özbaşınadırlar! O dirəyin üstünə kim çıxsa həyətimə hoppanacaq. Oğurluqlar da belə başlayır. Mən səhər gedib gecə evə gəlirəm, evdə hamı tək olur. Sabah bir hadisə baş versə cavab verə biləcəklər?! Hərə gəlib bir “stolba” basdırır hasarın birinə, hörümçək torudur elə bil. Oğurluğa şərait yaradırlar” deyə şikayətçi bildirib.

Geri qayıt