Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > AXI NİYƏ: 1-ci qrup əlilin TƏMİNATI KƏSİLDİ...

AXI NİYƏ: 1-ci qrup əlilin TƏMİNATI KƏSİLDİ...


14-05-2024, 11:14
AXI NİYƏ: 1-ci qrup əlilin TƏMİNATI KƏSİLDİ...
I qrup əlil olan 51 yaşlı Mingəçevir sakini Afət Cəfərovanın atası Nüsrət Cəfərov iddia edir ki, övladına qulluq edilməsinə görə verilən əlavə müavinət kəsilib.
Yeniavaz.com-a müraciət edən 80 yaşlı N. Cəfərov deyir ki, qızı 1981-ci ildən I qrup əlildir və həmin tarixdən buna görə müavinət alıb.
N. Cəfərovun sözlərinə görə, bir müddət əvvəl ona qulluq edilməsinə görə verilən əlavə pul kəsilib və əlilliyin təyinatı dəyişdirilərək II qrup edilib. O bildirir ki, indi, həmçinin onlardan I qrup əlilliyə görə verilmiş əlavə müavinət də tələb olunur:
“Ona anası qulluq edirdi. Bir müddət əvvəl həyat yoldaşım rəhmətə gedib və övladıma baxmağa çətinlik çəkirəm”.
N. Cəfərov deyi ki, heç olmasa qulluğa görə verilən müavinət kəsilməsəydi, kömək üçün kiməsə müraciət edərdi.

AXI NİYƏ: 1-ci qrup əlilin TƏMİNATI KƏSİLDİ...

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mətbuat katibi Tural Qurbanov Yeniavaz.com-a bildirib ki, Mingəçevir şəhər sakini Cəfərova Afət Nüsrət qızına 2006-cı ilin may ayından I dərəcə ömürlük əlillik təyin edilib və hal-hazırda vətəndaşın əlilliyi qüvvədədir:
“Afət Cəfərovanın əlillik dərəcəsinə uyğun sosial ödənişlərlə təminatı davam etdirilir”.

AXI NİYƏ: 1-ci qrup əlilin TƏMİNATI KƏSİLDİ...

Geri qayıt