Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Zakir Həsənov Səfər Əbiyevdən qalma köhnə heyətə sonuncu zərbəsini hazırlayır

Zakir Həsənov Səfər Əbiyevdən qalma köhnə heyətə sonuncu zərbəsini hazırlayır


14-03-2014, 15:30
Zakir Həsənov Səfər Əbiyevdən qalma köhnə heyətə sonuncu zərbəsini hazırlayır
DİA.AZ: - «Müdafiə Nazirliyində kadr islahatı bitməyib və növbəti dəyişiklik dalğası korpsularda, habelə hərbi hissələrdə özünü biruzə verəcək». Bu barədə DİA.AZ-a hərbi qaynaqlar informasiya verib.

Məlumatlı mənbənin bildirdiyinə görə, mənbə iddia edir ki, korpus komandirlərindən ikisinin görəvindən alınması gözlənilir və artıq bununla bağlı müdafiə naziri Zakir Həsənov tərəfindən prezidentə - ali baş komandana müraciət olunub.

Mənbə onu da əlavə edib ki, eyni zamanda korpus komandirlərindən birinə qarşı cinayət işi də açıla bilər: «Çünki neçə müddətdir ki, müdafiə nazirliyi daxilində təftiş həyata keçirilir və yoxlamalar zamanı korpus komandirlərindən birinə qarşı ciddi ittihamlar toplanılıb».

Geri qayıt