Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Hakimiyyət böyük kadr islahatına gedir - PA-da və NK-da ciddi dəyişikliklər gözlənilir

Hakimiyyət böyük kadr islahatına gedir - PA-da və NK-da ciddi dəyişikliklər gözlənilir


13-03-2014, 14:45
Hakimiyyət böyük kadr islahatına gedir - PA-da və NK-da ciddi dəyişikliklər gözlənilir
DİA.AZ: - Hakimiyyət yaxın günlərdə ciddi kadr islahatına gedir. Bu barədə DİA.AZ-a Nazirlər Kabinetindəki mötəbər mənbə informasiya verib.

Verilən xəbərə görə, keçən ilin 23 oktyabr tarixində prezidentin Nazirlər Kabinetinin heyətini təsdiqləməsi heç də yekun qərar kimi qəbul edilməli deyil və həm Nazirlər Kabinetinin, həm də Prezident Administrasiyasının tərkibində ciddi dəyişikliklər planlaşdırılır.

Xəbəri dia.az-a verən qaynaq bildirir ki, hətta prezidentin mühafizə xidmətində, Xüsusi Dövlət Mühafizə Xidməti idarələrində də dəyişikliklər planlaşdırılır. Həm NK-nın və həm də PA-nın nüfuzlu fiqurlarının vəzifələri ilə vidalaşacağını bildirən mənbəmiz eyni zamanda XDMX rəisi Vaqif Axundovun da işdən alınacağını bildirib.

Geri qayıt