Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Bəylər Əyyubov komitə sədrini bağışlayıb – Kərəm Həsənov üçün əlavə şans

Bəylər Əyyubov komitə sədrini bağışlayıb – Kərəm Həsənov üçün əlavə şans


11-03-2014, 13:56
Bəylər Əyyubov komitə sədrini bağışlayıb – Kərəm Həsənov üçün  əlavə şans
DİA.AZ: - Hələ keçən günlərdə məlumat verərək bildirmişdik ki, daha bir dövlət qurumu dəyişiklik ərəfəsindədir. Belə ki, əmlak məsələləri üzrə dövlət komitəsində kadr islahatlarının keçirilməsi planlaşdırıldığı iddia olunan informasiyada vurğulanırdı ki, konkret olaraq iki idarə müdiri vəzifəsindən alınacaq. Eyni zamanda komitənin yerlərdəki nümayəndələrinin də bəzilərinin vəzifəsindən alınması nəzərdə tutulub.

Məlumat da o da qeyd olunurdu ki, ƏMDK sədri Kərəm Həsənovun özünün durumu da ürəkaçan deyil. Belə ki, ona olan etimadı çoxdan itirən Kərəm Həsənov hakimiyyətin aparıcı fiqurlarından olan prezidentin mühafizə xidmətinin rəisi Bəylər Əyyubovun da qəzəb hədəfindədir:

«Bəylər Əyyubovun yaxın qohumlarından birinə ƏMDK tərəfindən problem yaradılmışdı. Hadisə keçən il baş versə də, bu məsələyə görə, general komitə sədrindən hələ qisas almayıb. Və indi məqamı yetişdiyindən Kərəm Həsənov ciddi zərbələrə hazır olmalıdır».

DİA.AZ-a bu barədə daxil olan son informasiyaya görə, Kərəm Həsənov Bəylər Əyyubovla münasibətlərini qaydasına salmağa müvəffəq olub. Xəbəri verən qaynaq iddia edir ki, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin nəzarətində olan "Bakı Yoltikintiservis” ASC-nin Fərhad Əliyevdən alınaraq Bəylər Əyubbovun yaxınlarına transfer olunması zamanı ƏMDK tərəfindən müəyyən problemlər yaradılsa da, sonradan bu hal aradan qaldırılıb.

Qeyd edək ki, özəlləşdirmədən bir neçə il sonra o da "Sabunçu asfalt” ASC kimi əvvəlki ana şirkətə - "Bakı Yoltikintiservis” ASC-yə birləşdirildi. Fərhad Əliyevin həbsindən sonra isə "Bakı Yol Mexanizasiya”nın ərazisi qeyrimüəyyən şəraitdə "əldən çıxıb”. ASC-nin 13 min 398,8 kvadrat metrlik torpaq sahəsində (onun 2 min 786 kvadratmetri tikinti altında idi) hündürmərtəbəli yaşayış evləri ucaldılıb. Təbii ki, bundan ASC-yə, onun səhmdarlarına hər hansı xeyir gəlməyib.

Bununla yanaşı, ASC-nin balans dəyəri 1 milyon 36 min manat təşkil edən çoxsaylı maşın və texnikası da mənimsənilib. "Bakı Yoltikintiservis” ASC-nin Sabunçu qəsəbəsindəki istehsalat sahəsində "Bakı Yol Mexanizasiya” ASC-yə məxsus aşağıdakı texnikalar "yoxa” çıxıb: "8 ədəd ekskavator; 11 ədəd buldozer; 6 ədəd vərdənə; 5 ədəd asfaltyayan; 4 ədəd avtoyükləyici; 2 ədəd qreyder; 9 ədəd dəzgah; 2 ədəd elektrik qaldırıcı; 2 ədəd qaynaq aqreqatı; 29 ədəd ”ZİL" avtomobili; 9 ədəd "KamAZ” ; 6 ədəd "MAZ”; 12 ədəd "KRAZ”; 1 ədəd "QAZ-66"; 5 ədəd ”QAZ-24" minik avtomobili; 4 ədəd "QAZ-31", eləcə də avtoçən, ”NİVA", "KAVZ” avtomobilləri və s.

Mənbənin bildirdiyinə görə, "Bakı Yoltikintiservis” ASC-nin torpaq sahələrini prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri, general Bəylər Əyyubov ələ keçirib: "Həmin ərazilərdə generala yaxın şirkətlər çoxmərtəbəli mənzil tikintisi ilə məşğul olurlar. Metronun ”20 Yanvar" stansiyasının yaxınlığında, Nəqliyyat Nazirliyinin inzibati binası ilə üzbəüz ASC-yə məxsus torpaq ərazilərində generalın çətiri altında olan tikinti şirkətləri 6-7 çoxmərtəbəli bina inşa ediblər. ASC-nin balansındakı torpaqlar üzərində tikilən bu binaları hətta dövlət komissiyasında da qeydə alıblar. Ancaq qanunvericiliyə görə, çoxmərtəbəli binaların dövlət qeydiyyatına alınmasının vacib şərtlərindən biri də torpağın həmin şirkətin mülkiyyətində olmasını təsdiqləyən sənədin mövcudluğudur. Yəqin ki, həmin tikinti şirkətləri saxta sənədlər düzəltməklə bu məsələni "çözə” biliblər. ASC-yə məxsus başqa ərazilərdə də yaşayış binaları tikilib. Məsələn, metronun "28 May” stansiyasının yaxınlığındakı ASC-yə məxsus torpaqlarda "Everton” MMC çoxmərtəbəli yaşayış binaları inşa edib". Qaynaq onu da bildirir ki, "Bakı Yoltikintiservis” ASC-nin Sabunçu qəsəbəsindəki istehsalat sahəsində "Bakı Yol Mexanizasiya” ASC-yə məxsus "yox”a çıxan texnikanı da generalın adamları dəyər-dəyməzinə satıblar.

Bu barədə dia.az-a daxil olan məlumatda deyilir ki, Bəylər Əyyubovun Fərhad Əliyevin obyektini ələ keçirməsi prosesi zamanı ƏMDK sədrinin özünü “fərqli formada” aparması generalın qəzəbinə səbəb olmuşdu. Lakin sonradan komitə sədri “səhvini” düzəldib. Bildirilir ki, əslində Kərəm Həsənov məlum prosesdən pay umurmuş.

Geri qayıt