Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Kərəm Mustafayevin yaxını MAXE və əsgərlərə hədə-qorxu gələrək...

Kərəm Mustafayevin yaxını MAXE və əsgərlərə hədə-qorxu gələrək...


7-03-2024, 11:42
Kərəm Mustafayevin yaxını MAXE və əsgərlərə hədə-qorxu gələrək...
Naxçıvanda hərbi təhqiqatçılar zabit, MAXE və əsgərlərə hədə-qorxu gələrək, onları rüşvət verməyə məcbur edirlər. Bununla bağlı “Gündəlik Naxçıvan”a bir neçə şikayət daxil olub.

Şikayətçilərdən biri də bu yaxınlarda ordudan təxris olunmuş Ordubad rayon sakini Araz Əliyevdir. O deyir ki, N saylı hərbi hissənin təhqiqatçısı Vüsal Abdullayev onu həbslə hədələyərək, 300 manatını əlindən alıb.

Keçmiş MAXE təxris olunduqdan sonra ona zəng edib, pulunu geri istəsə də, təhqiqatçı onu tanımadığını bildirib. O, aidiyyatı qurumlara müraciət edərək, rüşvətxor təhqiqatçının cəzalanmasını, pulunun geri qaytarılmasını istəyir.

Təhqiqatçı Vüsal Əliyevin Naxçıvan Ordusunun komandanı general Kərəm Mustafayevin yaxını olduğu bildirilir.

VİDEO - video burada - baxmaq üçün bura tıkla...



Geri qayıt