Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Naxçıvanda güzəştli kreditlərin „şapka”sı da BAHALAŞIB...

Naxçıvanda güzəştli kreditlərin „şapka”sı da BAHALAŞIB...


5-03-2024, 11:04
Naxçıvanda güzəştli kreditlərin „şapka”sı da BAHALAŞIB...
Naxçıvan Sahibkarlığın İnkişafı Fondu güzəştli kreditlərin „şapka”sını, yəni rüşvəti 20 faizə qaldırıb. Bu o deməkdir ki, məsələn, sahibkar üçün yazılan 50 minlik kreditin yalnız 40 mini ona çatır. Yerdə qalan 10 min manatı isə, fond əməkdaşları rüşvət şəkilində mənimsəyirlər. Lakin, əgər krediti oliqarx məmur, yaxud onun yaxınları götürürsə, „şapka” verməyə gərək qalmır. Bu haqda “Gündəlik Naxçıvan”a bir qrup sahibkar məlumat verib.
Onlar deyirlər ki, „şapka” yüksək olduğundan, bir çox sahibkar krdit götürməyə risk etmir. Belə olduqda isə, ayrılan güzəştli kreditin əksəriyyəti sahibkarlıqla məşğul olan məmurlara nəsib olur.
Fermer Ələmdar Məmmədov deyir ki, ona 10 mini „şapka“ya çıxılmaq şərtilə 50 min manatlıq güzəştli kredit ayrılıb. Əlinə çatacaq olan 40 manata isə ikiqat qiymətinə inək və tinglər almağa məcbur ediblər:
“Dedilər kənd təsərrüfatının inkişafı üçün güzəştli kreditlər verirlər. Fonda müraciət etdim, layihə və sənədləri yığıb, aparıb verdim. 50 min manat götürdüm, 10 minin yerindəcə sapkaya çıxdılar. Kredit ayrıldıqdan sonra dedilər ki, pul verə bilmərik, məcbur bizdən inək almalısan. Satdıqları inək də bazardan az qala iki dəfə bahadır. Gördüm çıxış yolu yoxdur, onsuz da kredit adıma yazılıb, razılaşdım. 20 min manat dəyərində inək, 15 min manat dəyərində ting verdiler, 1500 də banka getdi. Əlimə gələn pul 3500 manat pul oldu. İnəkləri gətirəndən sonra gördüm ki, məni aldadıblar, xəstədilər, iki ay sonra hamısı öldü. İndi krediti necə qaytaracağımı bilmirəm. Hər ay üstünə faiz gəlir”.
Başqa bir sahibkar Zeynal Səfərov da deyir ki, 20 min manat güzəştli kredit götürmək üçün dörd min manat rüşvət verməli olub və bu məbləğin də 10 mininə xəstə qoyunlar verilib:
“ Qoyun alıb saxlamaq üçün, güzəştli kreditə müraciət etdim. 20 min manat üçün 6 min rüşvət istədilər. Əsəbləşib, sənədləri cırıb atdım. Lakin məcbur idim. Növbəti müraciətdə 4 min manata razılaşdıq. Min manat banka getd, 10 min manat dəyərində qoyun verdilər. Heyvanlardan xəstə çıxıb ölənlər oldu. İndi krediti ha ödəyirəm bitmir. Heç bir xeyir götürə bilmirəm. Başdan 20 faiz rüşvət almasalar fermer bəlkə də xeyir götürər. Bunun nəyi güzəştli kredit oldu?”

Geri qayıt